Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qadınlar oxusun! – Erkən menopauzanın səbəbləri
Bizi mobildən daha sürətli  izləyin

Qadınlar oxusun! – Erkən menopauzanın səbəbləri

yu

Ölkəmizdə hər 100 qadından üçündə yaşanan erkən menopauza (klimaks) bəzi genetik faktorlardan və gündəlik həyatımızda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal “erkən menopauza” olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.

Erkən menopauzanın başlaması nədən asılıdır?

Menopauza keçirmə yaşını bildirən ən əsas göstəricilərdən biri, qadının anasının və ya xalası kimi yaxın ailə qohumlarından birinin menopauzaya girmə yaşıdır. Bundan başqa hipotiroidi və ya xərçəng kimi müxtəlif xəstəliklər, ətraf mühit çirkliliyinin artması kimi göstəricilər də erkən menopauzaya yol açan digər önəmli faktorları yaradır. Bu riskləri dəyişdirmək heyi ki, mümkün deyil. Ancaq bir də gündəlik həyatda edilən bəzi xətalar var ki, bunlar da qadınların heç gözləmədikləri bir anda erkən menopauza ilə tanış edir.

Erkən menopauzanın səbəbləri

• Ailə anamnezi
• Əməliyyatla yumurtalıqların götürülməsi
• Autoimmun xəstəliklər
• Xərçəng müalicəsi

• Sigaret çəkmək: Sigaret çəkən və çəkməyən qadınlar üzərində aparılmış olan müşahidələrdə, siqaret çəkən qadınların digərlərinə baxanda daha erkən menopauza keçirdiyi göstərilir. 2 min 500 qadını, 8 il davam edən bir müşahidəyə görə, siqaret çəkən qadınlar menopauzanı 2 il tez keçirir.

• Qeyri-düzgün bəslənmək: Orqanizmdəki yağın miqdarı bəlli bir kilodan aşağı enərsə, menstruasiya kəsilir. Zəif olmaq və tez kilo vermək menstruasiyanın kəsilmə səbəbidir. Yağlanma miqdarı bəlli bir nöqtəyə gəlincə qadın yenidən aybaşı görməyə başlaya bilər. Yağ kütlə indeksi yüzdə 12-dən aşağı enəndə hipotalamik amenoreya, yəni aybaşı olmama yaranır. Bu qadınların üçdə biri də erkən menopaua keçirir.

• Stresli həyat tərzi: Stress tək başına erkən menopauzanın səbəbi olmasa da, digər səbəblərlə bir yerdə erkən menopauzanı tezləşdirən önəmli bir səbəb olaraq görülür.

• Hərəkətsiz bir həyat keçirmək: Hərəkətsiz həyat və sağlıqsız bəslənmə sonda ortaya çıxan piylənmənin və beləliklə də erkən yetişməyə yol açtığı bilinir. Erkən yeniyetməliyə girən bu qız uşaqları erkən menopauza problemi ilə də qarşılaşır.

Erkən menopauzaya qarşı nə etmək olar?

– Həftədə ən azı 3 gün idman edin.
– Vücud kütlə indeksinizi hesablayın. Nə çox zəif, nə də kilolu olun.
– Siqaret çəkməyin və passiv çəkməkdən (yəni yanınızda çəkən varsa) uzaq durun.
– Kalsiumla bol bəslənin. Gündə 200 ml süd, yoğurt və ya dondurma yeyin.
– Balıq, qoz, təzə fındıq, boranı tumu, brokoli, pomidor, kök, bibər, nar, üzüm, çiyələk, qarpız, taxıl kimi yüksək antioksidanlı qidalarla bəslənin. Həmçinin yaşıl çay və təzə greypfrut suyu için.
– Antioksidanla zəngin vitaminlər için (həkiminizlə məsləhətləşin).
– Gündəlik günəş qəbul edərək orqanizminizdə D vitamininin miqdarını artırın.
– Zərərli kimyəvi maddələrdən uzaq durun.

Buna da baxın

Kəpək probleminin sadə həlli

Whatsapp ilə Paylaş Saçlarda baxımsız və pis bir görünüşə səbəb olan kəpək problemindən asanlıqla xilas …