Əsas səhifə / Əsas menu / Gözəllik / Qadınların baş belası selülit
Bizi mobildən daha sürətli  izləyin

Qadınların baş belası selülit

fft99_mf5158112

Selülit bütün qadınların qorxulu yuxusudur.

Hamiləliyin idarə olunması üçün dərmanlar, hamiləlik, menopoz və pis qidalanma selülit yaradan səbəblərdəndir.

Qadınklubu.com-un məlumatına görə, həddindən çox kafein qəbul etmək, tez-tez sprtli içkilər içmək də selülitin əmələ gəlməsinə şərait yaradır.

Selülit, dərinin alt təbəqəsindəki yağ toxumasının sıxışması nəticəsində qan dövranına maneə törədilməsi səbəbiylə dərinin üst qisimində portağal qabığına bənzər bir görünüşün meydana gəlməsinə deyilir. Selülit vücudda omba, dizin iç qisimləri, baldırlar arxasında özünü göstərir. Selülitin dərəcələri vardır. Selülit daha da sıxlaşıb pisləşməkdə problem yarada bilər.

Selülit müalicəsində: Pəhriz + məşq + selülit masajı + selülitə qarşı xüsusi tibbi meodlardan istifadə etməklə müsbət nəticələr əldə etmək olar.

Selülitdən XİLAS OLMAQ ÜÇÜN:

* Hər həftə ən azı 180 dəqiqə açıq havada gəzin.

* Siqaret və spirt bədəndə hər orqana zərər verdiyi kimi dərimizin elastikliyini itirməsinə də səbəb olmaqdadır.

* 2-3 fincan yaşıl çay qəbul edin.

* Gündəlik 5 qr-dan çox duz qəbul etməyin.

* Duzlu turşuları qəbul etməkdən qaçın.

* Müəyyən fasilələrlə selülit masajı etdirin.

* Gündəlik ən az 2-2.5 lt su için.

* Konservləşdirilmiş qidalardan və fastfood məhsullardan uzaq durun.

* Şəkər həm selülit, həm də xərçəng hüceyrələrini maqnit kimi çəkər. Ona görə də şəkərdən mümkün olduqca uzaq dayanmaq lazımdır.

* Xüsusilə ətləri yağsız seçim edin və yağsız qızartma edin.

* Ətlər ilə birlikdə bol-bol rəngli salat qəbul edərək ətlərdəki doymuş yağları sürətli bir şəkildə bədəndən uzaqlaşdırın.

* Ətlərin yanına qatıq əlavə edərək yağların yanmasını sürətləndirin.

Buna da baxın

Qəbzliyə qarşı çay

Whatsapp ilə Paylaş   Qəbzlik bir çox səbələr nəticəsində yarana bilər. Xroniki qəbzlik kimi  probleminiz …