Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qadınların fizioloji quruluşu nədən xəbər verir?
Bizi mobildən daha sürətli  izləyin

Qadınların fizioloji quruluşu nədən xəbər verir?

Qadınların fizioloji quruluşu nədən xəbər verir
Artıq müxtəlif ayaq, qulaq quruluşundan, dildə olan problemlərin orqanizmdə gedən proseslərə necə təsir etdiyi barədə məlumat vermişdik. Heç adamın ağlına da gəlməz ki, fizioloji quruluşun arxadan görünüsü də çox şeylərin sübutudur. Yan quruluş hormonalardan və sağlamlqdan xəbər verirmiş.

Qadınklubu.com bu dəfə sizə kvadrat, dairəvi, ürək şəkilli və üçbucaq formalı yanların daxildəki hansı problemlərdən xəbər verdiyini təqdim edir.

Kvadrat:

Bu cür quruluşa sahib olanlar möhkəm və dözümlü orqanizmlərdir. Bu quruluş sizin xoşunuza gəlmirsə, dairəvi yanlara sahib olmaq üçün yan tərəfə uzanaraq ayaq hərəkətlərinə başlamaq məsləhətdir. Hətta gündə pillələrlə yuxarı çıxıb-düşmək hərəkətləri də edilə bilər.

Dairəvi:

Bu cür quruluş ideal, balanslı hormonal fondan xəbər verir. Bu tip quruluş sağlam və ağıllı körpələr dünyaya gəlməsinə şərait yaradır. Həmçinin bu quruluşda doğuş prossesi asan keçir. Buna görə də kişilər qadında bu tip quruluşa daha çox üstünlük verirlər.

Bu tip quruluşlu xanımların oturub-durma, körpü və bolqar spliti deyilən məşqlə məşğul olması məsləhətdir.

Ürək:

Bu cür quruluş orqanizmdə estrogen hormonunun çatışmazlığından xəbər verir. Deyə bilərsiniz bu cür quruluşum var, ancaq estrogen hormonu problemi yaşamıram. Geci- tezi bu problem yaşanacaq.

Bu situasiyadan çıxmaq üçün düzgün qidalanmaq, oturub-durma hərəkətləri və pilatesə yazılmaq məsləhətdir.

Üçbucaqlı:

Bu quruluş da estrogen hormonunun çatışmazlığından xəbər verir. Birdən-birə əhvalın, gücün aşağı düşməsi, sonsuzluq, menstural tsiklın pozulması kimi prosseslər baş verə bilər.

Bu situasiyadan çıxmaq üçün çoxlu meyvə-tərəvəz yeyilməli, hormonal kontroseptik vasitələrədən uzaqlaşmaq lazımdır. Hormonal pereparatların qəbulu riskli sonluqla nəticələnə bilər. Gündəlik idman hərəkətləri və yan ətrafların əzələlərini möhkəmləndirmək məsləhətdir. Həmçinin qantellərlə oturub-durma hərəkətlərinə üstünlük məsləhət görülür.