Əsas səhifə / Manşet / Qadınların uzaq durmalı olduğu 10 davranış
Bizi mobildən daha sürətli  izləyin

Qadınların uzaq durmalı olduğu 10 davranış

qaddBəzi davranış və qərarlar insanların həyatına zərər verir. Məsələn, bir işin nəticəsinin pis olacağını bilə-bilə, sırf birinə “yox” deyə bilmədiyiniz üçün, başınıza nə zamansa pis işlər gəlib. Elə deyilmi? Ya da birindən, lazım olduğundan artıq  üzr istəyərək, münasibətinizin səviyyəsini aşağı salmısınızmı heç?

Bəlkə də, həyatdan məmnun olmamanıza səbəb, elə bu davranışlarınızdır.

Qadınklubu.com qadınların uzaq durmalı olduğu 10 davranış tipini təqdim edir:

Davamlı olaraq üzr istəmək – araşdırmalar, qadınların kişilərə nisbətən daha çox üzr istədiyini göstərir. Üzr istəmək gözəl bir davranışdır, lakin hər şeyin çoxu zərərdir. Öz qərarlarınız və tələbləriniz olsun.

Başqalarının özəl həyatını müzakirə etmək – heç bir qadın hansı kişiylə birlikdə olduğu, münasibətinin hansı səviyyədə getdiyi və necə insanlarla birlikdə olduğu haqda tənqid olunmağa layiq deyil. Onlara yaraşdırdığınız hər pis ifadə, bir gün sizin də qarşınıza çıxa bilər.

Şəxsi həyatınızı müzakirə mövzusu etmək – “Ətraf nə deyər?”düşüncəsindən daşının. Bu sizə bir şey qazandırmayacaq. Həyatınızı yaşayın.

İnternetdəki hər məlumata inanıb, sağlamlığınızı təhlükə altına atmaq

Qadınların çoxu internetdə hər yazılana inanır, cürbəcür gözəllik maskaları hazırlayıb istifadə edir, xəstəliklərlə mübarizədə orda yazılan bütün metodları tətbiq edir və s. Lakin unutmayın ki, internet çox böyük, qlobal bir şəbəkədir. Orda hər yazılanı tətbiq edib, sağlamlığınızdan olmayın.

Həyatınızın İnstagramdakı qədər rəngli olmadığına görə üzülmək

Siz milyonlarla heyranı olan internet fenomeni deyilsiniz. Amma qorxmayın, həyatınızı rəngləndirmək öz əllərinizdədir. Pis olmaq yerinə, yeni yaradıcı fikirlər tapıb, həyatınızı rəngləndirin.

Yalnız qalmaqdan qorxmaq

Çox şey öz əlinizdədir. Yeni insanlarla tanış olmaq, yeni münasibətlər qurmaq. Yəni, heç vaxt birini tapa bilməyəcəyəm deyə qorxmayın. Onun yerinə, daha çox sosial olun.

Tək qalmısınız deyə, bir münasibət yaşamaq

Edəcəyiniz ən yanlış hərəkət, biriylə istəmədən münasibətə başlamaqdır. Sırf tək qaldığınıza görə atdığınız bu addım, yanlış insanla münasibətə səbəb ola bilər.

Özünüzə vaxt ayırmamaq 

Bir günlük də olsa, telefonunuzu söndürün və sevdiyiniz işlə məşğul olun. Özünüzə dəyər verməyiniz çox önəmlidir.

Pis dostlara bağlı qalmaq

Sizi pis hiss etdirən insanları həyatınızdan çıxarın. Həyat belə insanlarla vaxt itirmək üçün çox qısadır.

Özünüzdən başqa hamıya “Hə” demək

Bir işi həqiqətən eləmək istəmirsinizsə, heç vaxt qarşınızdakına məcburiyyətdən “hə” deməyin. “Yox” deməyi də bacarın. Unutmayın ki, insanlar prinsipləri olan adamları daha çox önəmsəyirlər.