Əsas səhifə / Əsas menu / Gözəllik / Qalın qaşlara hansı makiyaj yaraşır?!
Bizi mobildən daha sürətli  izləyin

Qalın qaşlara hansı makiyaj yaraşır?!

Qalın qaşlara hansı makiyaj yaraşır

Əgər qalın qaşların varsa, çox şanslısan. Çünki, qalın qaşlar dəbdədir və uzun müddət də dəbdə olacağı istisna deyil. Bəs bu qaş modelinə necə makiyajla daha da cazibədar bir görünüş qazandırmaq olar? Hansı makiyaj növü ilə qaşları xüsusi vurğulamaq mümkündür? Bu kimi suallar sizi də düşündürürsə, elə isə qadınklubu.com-un hazırladığı qalın qaşlara uyğun makiyaj növləri ilə tanış olun.

Gözlər.

Qaşlarınıza həcmli forma verdikdən sonra ən önəmli mərhələ başlayır. İndi isə sıra həmin qalın qaş modelinizə uyğun makiyajı seçib, tətbiq etməyinizdədir. Əgər qalın qaşlara sahibsinizsə onda göz makiyajına o qədər də üstünlük verməməlisiniz. Gözlərinizə açıq rəngli göz kölgəsi çəkdikdən sonra kirpiklərinizə bir az tuş çəkməklə makiyajınızı tamamlayın. Unutmayın qaşlarınızın mükəmməl görünməsi düzgün və təbiiliyinizi qoruyacaq makiyajla mümkündür.

Dodaqlar.

Qalın qaşlı xanımlar mat dodaq boyasından istifadə etsələr, daha cazibədar bir görünüş əldə edə bilərlər. Dodaq boyasından əvvə dodaqlarınızı uyğun rəngli qələmlə konturlayın. Daha sonra qırmızı, əgər uyğundursa portağal rəngli dodaq boyasını seçim edə bilərsiniz.

Cild.

Həm qalın qaş, həm də tünd rəngli dodaq boyası… Cildin rəngində mümkün qədər təbiiliyə üstünlük verin. Bu o deməkdir ki, ənlikdən və qarabuğdayı tonlu tonal kremlərdən uzaq olmalısınız. Bu makiyajla sadəcə açıq, cild rənginizə uyğun bir tonal krem, BB krem və yaxud da pudradan istifadə edə bilərsiniz.

Buna da baxın

Şokalad maskası

Whatsapp ilə Paylaş Şokoladın tərkibindəki kakao və kakao yağı dəri üçün mükəmməl bir nəmləndiricidir. Şokoladın …