Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qan azlığını aradan qaldıran içki
Bizi mobildən daha sürətli  izləyin

Qan azlığını aradan qaldıran içki

aaQan azlığını aradan qaldıran içki

Qan azlığı ilə mübarizədə kərəviz və ispanaq suyu çox effektli nəticə verir. Belə ki, Türkiyənin tanınmış mütəxəssisi Saraçoğlu ispanaq və kərəviz suyu ilə bir çox xəstəni müalicə edib.

Ərzaqlar və hazırlanamsı:

250 qram təzə ispanaq və 200 qram qabığı soyulmuş kərəviz

Qaynamış və xlorsuz olan 1 l suyun içinə 200 qram nazik doğranmış kərəvizi atın və ağzını bağlayın. Az odda 10 dəqiqə qaynadın. 10 dəqiqədən sonra üzərinə 250 qram ispanağı əlavə edib yenə ağzını bağlayın və 5 dəqiqə gözləyin. Sonra soyumasını gözləyin.

Soyuduqdan sonra suyunu süzün və şüşə qaba boşaldın.

Səhər ac qarına və ya səhər yeməyindən bir saat sonra bir stəkan için. Bu suyu 15 gün ərzində səhər və axşam hər gün için. 15 gündən sonra 10 gün fasilə verin. 10 gündən sonra yenə 15 gün səhər və axşam ispanaq və kərəviz suyunu içməyə davam edin.

Müalicə müddəti 30 gündən sonra bitir.

Kərəviz-ispanaq suyu 15 gün fasilə vermədən tətbiq edilməlidir. İşlətdiyiniz şüşəni mütləq soyuducuda saxlayın. Heç vaxt 1 litrdən çox hazırlamayın. Çünki 1 l iki gün üçün nəzərdə tutulub və müalicəvi təsiri 48 saatdan sonra itir.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …