Əsas səhifə / Manşet / Qan dövranına təsir edən tədbirlər – Kompresslər
Bizi mobildən daha sürətli  izləyin

Qan dövranına təsir edən tədbirlər – Kompresslər

j

Kompreslər çoxqatlı müalicə sarğılarıdır.

Xüsusiyyətlərinə görə müxtəlif olur və ayrı-ayrı məqsədlər üçün təyin edilir.

• Soyuq kompress dəri səthlərini soyudur və qan damarlarını daraldır. Ona görə də bu kompresslərdən kəskin yerli iltihabi proseslərdə, burundan və başqa nahiyyələrdən qanaxmalarda, babasildə, əzilmədən sonra dərhal 1-ci sutka ərzində, qızdırmanın 2-ci dövründə istifadə olunur. Prosedurun aparılması qaydası aşağıdakı kimidir:

Bir neçə dəfə qatlanmış su hopan parça soyuq suda isladılır (buzla islatmaq daha yaxşıdır). Sonra onu azca sıxır və bədənin müvafiq yerinə qoyurlar. 2-3 dəqiqədən sonra kompres təzələnməlidir. Bunu bir saat və daha çox davam edirlər. İki kompressdən istifadə etmək daha əlverişlidir – birini xəstənin lazım olan nahiyyəsinə qoyurlar, 2-3 dəqiqədən sonra o, bədənin hərarəti ilə isinir, digərini isə soyuq suda saxlayırlar.

• İsti kompress müəyyən bir nahiyyəyə çoxlu qan axıb gəlməsinə səbəb olur və ağrıkəsici təsir göstərir. Bir neçə dəfə qatlanmış salfeti isti suda (50 – 60 dərəcə) isladır, sıxıb bədənə qoyur, sonra isə üstündən müşənbə və qalın parça ilə örtürlər.

• Qızdırıcı kompreslər yayındırıcı, sorucu və ağrıkəsici vasitə kimi tətbiq olunur. Sarğı altında əmələ gələn istinin təsiri nəticəsində həmin yerə çoxlu qan axıb gəlməyə başlayır, mübadilə prosesləri yüksəlir, dəri hissiyatı azalır.

Qızdırıcı kompressin qoyulmasına göstərişlər: dəri səthlərində, dərialtı piy toxumasında, oynaqlarda, orta qulaqda, əzilmədən bir sutka keçəndən sonra yerli iltihab prosesləri.

Əks göstərişlər: yüksək temperatur, müxtəlif allergiya və irinli xəstəliklər, dəridə, dəri səthlərinin tamlığının pozulması.

Tətbiq olunma qaydası aşağıdakı kimidir.

Kompress 3 qatdan ibarət olur:

1) 8 dəfə qatlanmış parça hissəsini spirtdə (yarıbayarı su ilə qarışdırılır), yağda, dərman mayesində isladırlar. Salfet sıxılır və dəriyə qoyulur.

2) Birinci qatın üstündən nisbətən daha böyük müşənbə, yaxud mumlu kağız qoyurlar .

3) Sonra daha böyük və lazımi dərəcədə qalın pambıq qatı qoyulur. Hər üç qatı bintlə bədənə elə sıxırlar ki, kompress sürüşməsin və həm də damarları sıxmasın.

6-8 saatdan sonra kompresi quru sarğı ilə əvəz edirlər. Kompresin düzgün qoyulub-qoyulmaması 1-2 saatdan sonra barmağı sarğının altına salıb yoxlamaq olar, əgər içəridəki qat yaş və istidirsə, deməli kompress düzgün qoyulmuşdur.

Buna da baxın

Ətirin qalıcı olması üçün nə etməli?

Whatsapp ilə Paylaş Hər bir xanım istifadə etdiyi parfümün daha təsir edici və uzun müddət …