Əsas səhifə / Manşet / Qan dövranına təsir edən tədbirlər
Bizi mobildən daha sürətli  izləyin

Qan dövranına təsir edən tədbirlər

h

Payız və qış aylarında ən çox rast gəlinən yuxarı tənəffüs yolları xəstəliklərində, bronxitdə, ağ ciyər iltihabında hamının ev şəraitində də istifadə edə biləcəyi ən əhəmiyyətli vasitələrdən biri də xardal yaxmalarıdır.

Xardal yaxmaları qan dövranına təsir edən ən səmərəli vasitələrdəndir. Bu yaxmaların müalicə effekti ondan ibarətdir ki, xardalın tərkibinə daxil olan efir yağı dəri səthinə qıcıqlandırıcı təsir göstərir. Bu zaman qan damarları genişlənir, dəri səthinin müvafiq sahəsinə qanın gəlməsi yaxşılaşır, dərində yerləşən toxumalarda və orqanlarda qan damarları genişlənir. Bundan başqa xardal yaxmalarının ağrıkəsici və yayındırıcı təsiri də vardır.

Hazır xardal yaxmaları istifadədən əvvəl isti suda isladılır. Efirli xardal yağı xardaldan 40-45 temperaturda ayrılır. Xardal yaxılmış tərəfiniz zərifdirsə xardal yaxmaları papiros kağızı üzərindən və ya tənzif üzərindən qoyulur. Müəyyən müddət saxlanıldıqdan sonra götürülür və yeri yumşaq şəkildə təmizlənir, qurulanır.

Xardalın üzərində saxlanılma müddəti göstərilir. Xardalları quru qaranlıq yerdə saxlamaq lazımdır, əks halda isə o öz xassələrini itirir. Xardal yaxmaları yuxarı tənəffüs yolları xəstəliklərində, bronxitdə, ağ ciyər iltihabında sinəyə və baldırlara, hipertoniya xəstəliyində peysər nahiyyəsinə, ürək ağrılarında ürək nahiyyəsinə qoyulur.

Xardal yaxmaları üçün aşağıdakı hallar əks göstəriş sayılır:

1) dəri səthlərinin xəstəlikləri
2) yüksək qızdırma qanaxmalar
3) qanaxmalar
4) dəri səthnin həssaslığı
5) bəd xassəli şişlər
Xardal yaxmaları uzun müddət təsir etdikdə dəri səthinin yanıqları əmələ gələ bilər. Ona görə də xardal yaxması tətbiq edilən xəstələri nəzarətsiz qoymaq olmaz.

Buna da baxın

İstiqac nədir və ondan necə yararlanaq?

Whatsapp ilə Paylaş Çoxlarının “qrelka” kimi tanıdığı istiqaclardan daha çox soyuq aylarda əmələ gələn xəstəliklərdə …