Əsas səhifə / Manşet / Qan ləkəsini təmizləməyin praktik üsulu
Bizi mobildən daha sürətli  izləyin

Qan ləkəsini təmizləməyin praktik üsulu

an ləkəsini təmizləməyin praktik üsuluQan ləkəsi əvvəlcə töküldüyü yerin materialına görə dəyişən şəkildə təmizlənir. Əgər keramik səthə tökülmüşsə, yüngül bir təmizləyici ilə  rahatlıqla təmizlənə bilər.

Ancaq əgər parçaya və ya xalçaya tökülmüşsə, hələ bir də qurumuşsa  işimiz bir az çətindir. Qurumuş qan ləkəsi boyalardan belə yaxşı nüfuz edər və çıxarılması qeyri-mümkün belə ola bilər. O səbəblə ilk əvvəl ləkənin qurumamasına diqqət edilməlidir. Qan ləkəsinə qarşı oksigenli su  və ya  ammonyak ən yaxşı həlldir. Ancaq oksigenli suyu birbaşa tətbiq edə bilməzsiniz. Bunu bir qədər su ilə qarışdırıb istifadə edə bilər və ya peroksiddən faydalana bilərsiniz. Qeyd edək ki, satışda da  oksigenli təmizləyicilər tapmaq mümkündür. Eyni zamanda  ammonyak da yaxşı bir qan ləkəsi təmizləyicidir. Ancaq bunu da su ilə qarışdırmaq lazımdır.

Bəzi qan ləkəsi çıxarıcı maddələr:

Amonyak
Oksigenli su (hidrogen peroksid )
Soda
Duzlu su
Alma sirkəsi
Aspirin (əzib isladın və ləkəyə tətbiq edin)

Qan ləkəsini təmizləyərkən diqqət edilməli məqamlar:

Sürətli olun, ləkə nə qədər qurusa,  təmizlənməsi o qədər çətin olur.
İstifadə edilən  hər şey kimyəvidir. Buna görə də  əlcək geyinin və buxarını tənəffüs etməyin.
Mütləq soyuq su istifadə edin.
Qan yoluxucu xəstəliklər daşıya bilər. Bu səbəbdən təmas etməyin.
Səthi təmizləyərkən çox sərt olmayın. Çünki, parçaya və ya səthə zərər verib qan ləkəsini çıxarıb, başqa bir iz buraxa bilərsiniz.

Buna da baxın

Jalüz pərdələrin təmizlənməsi

Whatsapp ilə Paylaş Ümumiyyətlə jalüzlər əslində gizli toz mərkəzləridir. Tez-tez açılıb bağlandığı üçün çirklənmədiyini düşünə …