Əsas səhifə / Manşet / Qan qrupuna görə pəhriz
Bizi mobildən daha sürətli  izləyin

Qan qrupuna görə pəhriz

diet

Qan qrupuna görə pəhriz

Birinci qan qrupu.
Qanın bu ən qədim qrupu, o bizim eradan əvvəl müəyyən edilmişdir. Bu vaxt müddətində insanlar daha çox çiy ət və daha az sıyıq, buğda və süd turşulu məhsulları istifadə edirdilər. Bu qrupdan olan insanlara həkimlər proteinliləri(zülalları) və aşağı karbohidratlı məhsulları məsləhət görür. Atkinsa pəhrizi balığı bu qrup insanlar üçün ən yaxşı protein mənbəyi kimi sayırlar. Qanın bu qrupuna aid olan insanlar həzmlə və artıq çəki ilə əlaqədar olan problemlərlə rastlaşa bilərlər, çünki onların orqanizmi karbohidrat çox sərf edəcəklərsə nişasta emalı ilə bağlı bəzi problemlər ortaya çıxacaq. Bu qrup üçün məsləhət görülən məhsullar –ət, yağ və balıqdır. Az məsləhət görülən məhsullar isə-yumurta, fındıq və tumlardır. D`adamo həmçinin qanın birinci qrupunun sahiblərinə ətin yüksək istehlakını kompensasiya etmək üçün ürək-damar tapşırıqlarını etməyi məsləhət görür.

İkinci qan qrupu
D’adamo qanın bu qrupuna malik olan insanlar üçün vegetarian pəhrizlərini məsləhət görür,çünki onların orqanizmi əti və turş süd məhsullarını pis mənimsəyir. Məsləhət görülən məhsullar – fındıqlar, tumlar, sıyıqlar,makaronlar, meyvələr və tərəvəzlərdir. Çəkinməsi lazım olan məhsullar isə ət və turş südlərdir. Bu qrupa malik olan insanlara isə sakitləşdirici tapşırıqlar, məsələn yoqa kimi, pilates və hətta qolf kimi tapşırıqları yerinə yetirmək məsləhət görülür, ancaq onlarla intensiv şəkildə məşğul olmaq məsləhət görülmür.

Üçüncü qan qrupu
Qanın bu qrupuna malik olan insanlar 1-ci və 2-ci qrupların qarışığından yarandığından,onların istifadə etdiyi qida məhsulları bu qrupun qida rasionuna uyğundur. Onlar məhsulların əksəriyyətindən istifadə edə bilərlər, buna görə daha sürətli çəkini itirirlər. Məsləhət görülən məhsullar ət, süd turşulu məhsullar, meyvələr, tərəvəzlərdir. Az məsləhət görülən məhsullar– texnoloji emala məruz qalmış fındıqlar və tumlar,karbohidratlarla zəngin məhsullardır. Onlara uyğun gələn tapşırıqlar isə beyinin və bədənin işini sakitləşdirəcək komanda oyunlarıdır.

Dördüncü qan qrupu
Bu qanın ən nadir rast gəlinən və yeni olan qrupudur. Bu qrupdan olan insanlar bütün müasir məhsulları rahat istifadə edə bilərlər. Özündə 2 və 3-cü qrupun xüsusiyyətlərini daşıyır, ona görə də hər iki qrupun qida rasionuna daxil olan məhsullardan istifadə edə bilərlər. Həm vegetarian diyetalar, həm də ət, süd, və süd turşulu məhsullardan istifadə edə bilərlər. Məsləhət görülən məhsullar – dəniz məhsulları, buğda və soyadır. Hərdən istifadə edə biləcəkləri məhsullar isə-süd turşulu məhsullardır. Çəkinməsi lazım olan məhsullar isə –ət məhsullarıdır.
Qanın dördüncü qrupuna mailk olan insanlar da yoqayla və daha intensiv qaçış hərəkətləri ilə məşğul ola bilərlər.

Buna da baxın

Diyetdə effekti 2 qat artıran çay

Whatsapp ilə Paylaş Arıqlamaq üçün  diyet saxlamaq və məşq etmək məcburiyyətində qalarıq. Ancaq hər zaman bu …