Əsas səhifə / Manşet / Qan testinin doğru nəticələri üçün bunlara diqqət edin
Bizi mobildən daha sürətli  izləyin

Qan testinin doğru nəticələri üçün bunlara diqqət edin

Qan testinin doğru nəticələri üçün bunlara diqqət edin

Doğru test nəticələri üçün xəstə nələrə diqqət etməlidir?

Laboratoriya testlərinin doğruluğu və etibarlılığını təsir edən başlıca faktor, xəstədir. Test müddətində həkiminiz ya da sizinlə maraqlanan səhiyyə işçilərinin suallarını cavablandırarkən səmimi və dürüst olmağınız kritik əhəmiyyət daşıyır. Qan verərkən aşağıdakı nöqtələri göz qarşısında saxlamağınız tövsiyə edilir:

–Qan alma əməliyyatından əvvəlki 24 saatda, həddindən artıq məşq kimi ağır fiziki fəaliyyətlərdən uzaq olun.

–Qan alma əməliyyatından əvvəlki 8-12 saat ərzində su xaricində yemək, meyvə və maye qəbul etməyin. Yalnız az

miqdarda su için.

–Qan alma əməliyyatından əvvəlki bir saat ərzində siqaret və digər tütün məmulatlarından istifadə etməyin.

–Qan alma əməliyyatından 10-15 dəqiqə əvvəl istirahət edin.

–İstifadə etdiyiniz dərman və vitaminlər ilə əlaqədar, səhiyyə işçilərini məlumatlandırın.

–Qan vermək üçün səhər saatlarını seçin. Üstünlük 07: 00-10: 00 saatları arası ola bilər.

Qan alarkən nələrə diqqət edilməli?

Xəstə qan alma kreslosuna oturduğu zaman xəstənin əlindəki barkodun doğru adama aid olduğunun müəyyən edilməsi və şəxsiyyətin təsdiqlənməsi vacibdir. Xətalı barkod ilə alınan nümunələr ciddi klinik səhvlərə səbəb ola bilər. Xəstələrə səhv diaqnoz və səhv müalicələr tətbiq edilə bilər. Tələb olunan testlərin xüsusiyyətinə uyğun qan balonlarının istifadə edilməsi də son dərəcə əhəmiyyətlidir. İynə seçimi belə nəticələrə təsir edər.