Əsas səhifə / Manşet / Qanınızı təmizləyən cövhər
Bizi mobildən daha sürətli  izləyin

Qanınızı təmizləyən cövhər

qanınızı təmizləmək üçün cövhər

Damarların və qanın təmizlənməsi sağlamlıq üçün ən əsas şərtlərdən biridir.

Nəzərə almaq lazımdır ki, zaman-zaman qanın plazmasında bakteriyalar, viruslar, anticisimlər və ziyanlı maddələr toplanır ki, onların miqdarı artdıqca müxtəlif xəstəliklərə səbəb olur. Orqanizmi bu təhlükədən uzaqlaşdırmaq üçün qanın təmizlənməsi ən yaxşı mübarizə üsullarından biridir.

Qanın təmizlənməsinin üsulları müxtəlifdir. O cümlədən xalq təbabətində də bir çox sınanmış üsullar mövcuddur.

Qadınklubu.com onlardan birini oxucuların diqqətinə çatdırır:

Bu üsuldan qədim zamanlardan istifadə olunub. Şabalıd cövhərini hazırlamaq çox sadə və asandır.

Bunun üçün 50 qram şabalıd xırda-xırda doğranır və üzərinə 500 qram araq əlavə olunur. 21 gün ağzı kip bağlanan şüşə qabda hər gün bir dəfə çalxalanmaqla qaranlıq yerdə saxlanılır. 21 gün keçdikdən sonra süzülür, sutkada 3 dəfə 20-30 damcı yeməkdən qabaq qəbul edilir. Kurs 3 həftə davam etdirilir.

Şabalıd çövhəri qanı zərərli maddələrdən təmizləyir, qanda xolesterenin miqdarını azaldır, ateroskleroza qarşı mübarizə aparır, damarları möhkəmləndirir, ürək damar sisteminin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normaya salır, bütövlükdə orqanizmə müsbət təsir göstərir.

Kursu hər il təkrar etməklə daha effektli nəticələr əldə etmək olar. Xüsusilə 40 yaşdan sonra şabalıd cövhəri ilə qanın təmizləməsi orqanizmin sağlamlığını qorumaq üçün vacibdir.

Orqanizmin fərdi xüsusiyyətləri ilə bu cövhərin uyğunluğunu müəyyənləşdirmək üçün şabalıd cövhərindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək mütləqdir. //SaqlamHeyat.Az

Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …