Əsas səhifə / Manşet / Qanunlarla yanaşı insanlığı qoruyaq…
Bizi mobildən daha sürətli  izləyin

Qanunlarla yanaşı insanlığı qoruyaq…

f

Polis formasında insan görəndə beynimizdə yalnız bir fikir formalaşır.

O, sadəcə öz işinin icraçısıdır. O, vətəndaşı qanuna tabe etmək üçün, lazım gəlsə qəddarlıq, lazım olsa vəhşiliklə də edə bilər. Beyinlərdə formalaşan bu təsəvvürdə polislərin də payı az deyil. Amma unutmamalıyıq ki, bu geyimdəki insan iş saatından sonra, oğul, ata, qardaş və.s sadalana biləcək bir şəxsiyyətdir. Onlar da düşüncəli, incə ruhlu davranışları ilə bəzən müşahidə edilirlər.

Polislərin belə incə davranışlarının zaman-zaman biz də şahidi olmuşuq. Bakıda yolu keçmək istəyən yaşlı qadının keçməsinə kömək edən bir polis əməkdaşının davranışı həqiqətən də təqdirəlayiq idi. Amma ABŞ-ın Kaliforniya ştatında yaşayan polis Nik Strakın davranışı həqiqətən yüksək qiymətləndirilməli bir hərəkətdir. Belə ki,valideynlər və dörd uşaq dəhşətli avtomobil qəzasına düşürlər. Qəza nəticəsində atasının ölümünü izləyən, qorxudan titrəyən iki yaşlı körpəni görən polis öz atalıq hissinə sığınaraq bir anlıq düşünür. Bu qızcığazın yerində onun qızı olsaydı nələr hiss edərdi? Onun üçün nə etmək istəyərdi? O anda qızcığazı qucağına alaraq öz qızını sakitləşdirmək üçün oxuduğu mahnını oxuyaraq qızı sakitləşdirir. Onun həmin anda qızcığazın fiziki köməklə yanaşı mənəvi köməyə də ehtiyacı olduğunu düşünərək etdiyi yüksək, davranış, ətrafdakıların da diqqətindən yayınmır. Həmin anda ordan keçən bir xanım bu səhnəni əbədiləşdirərək dünyaya paylaşır.

Polislər haqqında ümumiləşdirilmiş pis fikir formalaşdırmamışdan əvvəl Nik Strak kimi polislərin də olduğunu nəzərə alaq. Polis geyimində olan hər bir şəxsin də ürəyinin olduğunu unutmayaq.

Buna da baxın

Mavi gözlülər…- ABŞ alimlərindən şok araşdırma

Whatsapp ilə PaylaşMavi gözlülər…- ABŞ alimlərindən şok araşdırma ABŞ-ın Vermont Universitetində aparılan araşdırmada maraqlı nəticələr …