Əsas səhifə / Manşet / Qapalı pizza ressepti
Bizi mobildən daha sürətli  izləyin

Qapalı pizza ressepti

Xəmir üçün:

  • 4 stəkan un
  • 1 x.q. quru maya
  • 1 stəkan ilıq su
  • 0,5 (yarım) x.q. şəkər
  • 1 ç.q. duz

Pizzaya qatılanlar

Sucuq, sosiska, pomidor, bibər, soğan, qara zeytun, pendir

Üstünə çəkmək üçün

İstədiyiniz bir mayalı xəmiri istifadə edə bilərsiniz. Pide üçün olan xəmirdən də istifadə etmək olar. Maya və 1 stəkan ilıq suyu qarışdırıb şəkər əlavə edərək unu və duzu əlavə edib yoğurun. Xəmiri 30 dəqiqə mayalanmaq üçün qoyuruq. Pizza üçün ərzaqları doğruyuruq istədiyiniz məhsullardan da istifadə edə bilərsiniz.  5-6 hissəyə ayırırıq. Hər bir hissəni yuvarlaq formada açırıq. Açdığımız xəmirin bir tərfinə ketçup əlavə edib əlimizlə yayırıq. Sucuk və sosiskanı üzərinə qoyaraq pomidor, bibər, soğan və tumsuz qara zeytunu da əlavə edin, pendiri rəndələyib xəmirin digər tərəfini bağlayıb kənarlarını üstə doğru çəkin. Digər xəmirləri eyni cür hazırlayırıq. Yağlı kağız sərilmiş sobanın tavasına düzürük. Bütün xəmirlərə eyni qaydanı tətbiq  edirik. 170 dərəcə sobada üstü qızarana kimi bişirirsiniz. Çox ləzzətli bir pizza olması üçün ərzaqları da kiçik doğramağınız lazımdır. Nuş olsun!

Buna da baxın

Qarnıyarıq börək resepti

Whatsapp ilə PaylaşBörək bişdikdən sonra sobada soyumağa qoymayın. İsti sobada qalan lavaş börəyinin xəmiri özünü …