Əsas səhifə / Əsas menu / Praktika / Qara çayın faydalı istifadə formaları
Bizi mobildən daha sürətli  izləyin

Qara çayın faydalı istifadə formaları

yurQara çayın faydalı istifadə formaları

Əziz xanımlar qara çayı içərək gözəlləşmək, yaranı təmizləmək ya da ayaq qoxusundan xilas olmaq üçün də istifadə edə bilərsiniz. Necə? Tein, kofein, teofilin və antioksidanlar baxımından təbii bir qaynaq olan çay, içində saxladığı minerallar sayəsində sümük və diş sağlamlığına da faydalıdır.

4-5 dəqiqə dəmlənmiş çay həzm sistemini xəbərdar edir. Əgər bunu 8-10 dəqiqə dəmlərsiniz rahatlaşdıran bir təsir verir. Ancaq çox çox içilməsi də doğru deyil. Gündə 4 stəkandan çox çay içmək ürək böhranını artırır.

Qara çayı çox fərqli sahələrdə də istifadə edə bilərsiniz.

Qara çay yara təmizlənməsində faydalıdır. Üzərinə çay tökülən pambıq ilə edilən sarğı yaralarda antibiotik təsiri yaradır.

Qara çayla duruladığınız saçlarınız parlaq bir görünüş alır.

Əlinizdəki qoxuları çay ilə yuyaraq yox edə bilərsiniz.

İlıq qara çayı bir ləyənə qoyun və ayaqlarınızı bu çayın içində 10 dəqiqə saxlayın. 10 gün boyunca bunu təkrar etdiyinizdə ayaq qoxunuzun azaldığını hətta itdiyini görəcəksiniz.

Çay ilə qarqara etmək boğaz ağrılarına kömək edir.

Qara çay, diş çürüyünə, diş əti və ağız xəstəliklərinə yol açan bakteriyalara qarşı təsirlidir.

Qara çay ilə edilən masaj yumşaldıcı krem təsiri yaradır.

Qara çay gözdəki qaşınmaya da yaxşı gəlir.


Buna da baxın

Qoxuların cinsi həyata təsirləri

Whatsapp ilə Paylaş Burunda mindən çox qoxu reseptoru var. İnsan onların vasitəsi ilə on mindən …