Əsas səhifə / Əsas menu / Gözəllik / Qara nöqtələrə bu üsulla vida edin
Bizi mobildən daha sürətli  izləyin

Qara nöqtələrə bu üsulla vida edin

qara nöqtələrə bu üsulla vida edin

Sızanaqlar və qara nöqtələr sağlamlıq baxımından zərərli olmasa da, estetik baxımdan narahatedici bir problemdir.

Qara nöqtələr bir sıra problemlərdən qaynaqlanaraq yarana bilər.

Məs: hormonal pozuqluq, ekoloji təsir, zərərli kosmetik vasitələr və. s .  Təbii ki, qara nöqtələrə qarşı satışda bir çox vasitə tapmaq mümkündür. Amma qara nöqtələri təmizləyərkən cildinizə zərər verməmək də olduqca əhəmiyyətli olduğundan daha təbii vasitələrdən faydalanmaq daha məsləhətlidir.

Qadinklubu.com sizlərə qara nöqtələri təmizləmək və qarşısının alınması üçün bir sıra təbii üsullar təqdim edir. Bu üsullardan istifadə etdikdən sonra nəticə əldə etmək üçün mütəmadi olaraq istifadə edilməsi əsas şərtlərdəndir.

Gündə iki dəfə dərinizi təmizləyin: Toksinlər və ekoloji çirk dəridə qara nöqtələrin yaranma səbəblərindəndir.   Buna görə də, üzünüzü səhər və gecə yaxşıca yuyaraq bütün makiyajı, bakteriyaları, çirki və artıq yağı təmizləyin.

Dəriniz üçün təbii tonik istifadə etmək: Cildiniz üçün istifadə etdiyiniz tonikin dəri tipinizə uyğun olması olduqca əhəmiyyətlidir. Beləliklə toniklə dərinin yağ nisbətini tarazlayaraq qara nöqtələri cildinizdən təmizləyin. Düzgün seçilmiş tonik dərini yumşaq və təmiz olması üçün hər gün tətbiq edilməlidir.

Buxar tətbiqi: Dəriyə buxar tətbiq etməklə dəri məsamələrinin açılaraq çirkin təmizləməsini təmin etmiş olarsınız. Bunun üçün bir qabı qaynayan su ilə doldurun, başınızı kasanın üzərinə yerləşdirin və başınızı bir dəsmal ilə örtün. Beləcə buxar dərinizin ən dərin nöqtələrinə qədər çatar. Bu əməliyyat həftədə 2-3 dəfə tətbiq oluna bilər.

Ölü dərini təmizləyin: Ölü hüceyrələrin təmizlənməsi qara nöqtələri təmizləməklə yanaşı, həmdə mütamadi tətbiq edilərsə, yaranmasının qarşısını da alır. Bunun üçün yulafla balı qarışdıraraq dərinizə peeling edə bilərsiniz. Və ya Qadinklubu.com-dakı hər hansısa bir peeling reseptindən faydalana bilərsiniz.

Sızanaqları və qara nöqtələri təmizləməyin təbii yollar:

Limon və yumurtalı maska

Bu qüvvətli maska sızanaq və qara nöqtələrlə mübarizədə inanılmaz faydalıdır. Eyni zamanda bu maska yumurta da ehtiva etdiyindən dəridəki çox yağı azaldaraq, dərinin daha yumşaq olmasını təmin edər.

Vəsaitlər

1 yumurta ağı
Bir neçə damla limon suyu

Hazırlanması və tətbiqi:  yumurta ağıyla limonu qarışdırın və üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Ən az həftədə iki dəfə tətbiq edin.

Çiyələkli maska

Çiyələk kimi ləziz bir qida eyni zamanda bizim qara nöqtələrlə və dəridəki çox yağ ilə mübarizəmizə ən əhəmiyyətli dostumuz ola bilər.

Vəsaitlər:

5 ədəd çiyələk
1 yumurta ağı
1  x/qaşığı bal

Hazırlanması və tətbiqi:

Çiyələkləri əzin. Yumurta ağı və balı əlavə  edərək qarışdırın. Maskanı üzünüzə tətbiq etdikdən sonra 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə durulayın.

Qatıqlı və limonlu maska

Qatıq və limon maskası qara nöqtələri və dəridəki artıq yağı təmizləmək üçün mükəmməl bir maskadır.

Vəsaitlər:

2 x/qaşığı sadə qatıq
½ x/qaşığı limon suyu

Hazırlanması və tətbiqi:

Hər iki vəsaiti qarışdırın. Maskanı üzünüzə yayaraq 20 dəqiqə gözlədin. Daha sonra ilıq su ilə durulayın. Bu maskanı həftədə 1 dəfəf tətbiq edin.

Buna da baxın

Dolğun dodaqlar üçün maska

Whatsapp ilə Paylaş Dolğun dodaqlar üçün bir sıra maskalardan faydalanmaq mümkündür. Qadinklubu.com sizlərə bu maskalaradan …