Əsas səhifə / Əsas menu / Gözəllik / Qara nöqtələrdən qurtulmağın ən asan yolu
Bizi mobildən daha sürətli  izləyin

Qara nöqtələrdən qurtulmağın ən asan yolu

qarQara nöqtələrdən qurtulmağın ən asan yolu

Bütün qadınlar dərilərini qorumağa çalışır. Bunun üçün də bəzən özləri də bilmədən kimyəvi qatqılı vasitələrdən istifadə edirlər. Bu vasitələr isə zaman-zaman dəridə problemlər yaradır, təbiiliyin itməsinə səbəb olur.

Makiyajın təmizlənməsi, şəhərlərin çirkli havası, qeyri-sağlam sabunlar, şampunlar, tərləmə, ölmüş dəri, dəridəki ləkələr, sızanaq, toksinlərdən təmizləmə kimi bir çox problemlərlə üzləşirik. Çıxış yolu kimi də çox vaxtı su və sabundan istifadə edirik. Halbuki sabun və şampunlar dərini kobudlaşdırır, qocaldır, həmçinin qurudur. Bu da yaşlanmanı tezləşdirir. Bəs problemdən necə yaxa qurtaraq? Ən gözəl çıxış yolu təbii yağlardan istifadə etməkdir. Təbii yağlar dərinin nəm və yağ balansını təmin edir. Həmçinin dərini qidalandırır və qoruyur. Eyni zamanda dərinin daha canlı, parlaq, cavan görünməsini təmin edir. Həmçinin yağlı, ləkəli dərilərə də öz effektli təsirini göstərir.

Təbii yağlarla üzü necə təmizləməli?

Təbii yağ seçimi: Dəri tipinə görə yağ seçilir.

Üzvi zeytun yağı: Bütün dəri tipləri üçün uyğundur. Həm bəsləyici, həm nəmləndirici, həm də yaxşı təmizləyicidir.

Jojoba yağı: Bütün dəri tiplərinə uyğundur. Xüsusən, ləkələrə meyilli olan, yağlı və ya qarışıq dərilər üçün daha münasibdir.

Şirin badam yağı: Bütün dəri tiplərinə uyğundur. Xüsusilə yağlı və ya qarışıq dərilər üçündü.

Üzüm çəyirdəyi yağı: Bütün dəri tiplərinə uyğundur. Xüsusən, ləkəli dərilərə və yağlı dərilər daha münasibdi.

Avakado yağı: Bütün dəri tiplərinə uyğundur. Xüsusilə quru, həssas, çirkli dəri üçün yaxşıdı.

Şaftalı çəyirdəyi yağı: Bütün dəri tiplərinə uyğundur. Xüsusilə quru, həssas, köhnəlmiş və ya qarışıq dərilər üçün.

Hind yağı: Qarışıq və yağlı dərilər üçündü. Mütləq şirin badam, jojoba, fındıq və zeytun yağı qarışdırılmalıdır. (20% Hind yağı – 80% digər yağ)

Hindqozu yağı: Bütün dəri tiplərinə uyğundur. Ancaq bəzi yağlı dəriləri quruda bilər. Zeytun yağı ilə qarışdırılaraq istifadə edilməsi məsləhətdir.

Bəs yağ seçildikdən sonra üzə necə çəkilir?

1. Seçilmiş yağı bir həftəlik sınaqdan çıxarın.

2. Yağı az miqdarda ovcunuza tökün və dairəvi hərəkətlə üzü ən az 2 dəqiqəlik massaj edin. Massaj gərginliyini alır, qan dövranını sürətləndirir və dəri özünə gəlir. Vaxtınız varsa, yağı 10 dəqiqə üzdə saxlayın.

3. Təmiz tənzifi isti suda isladın, açın üzünüzə qoyun. (Üzü yandıracaq qədər isti olmamasına diqqət edin). Bu üzdəki məsamələri açır. Tənzifi üzünüzdə 30 saniyə, ya da soyuyana qədər saxlayın

4. Tənzifi üzdən götürdükdə yağı da silin. İstəsəniz, tənzifi 2-ci dəfə də suda isladıb üzünüzə qoya bilərsiniz.

Hər axşam üzü bu cür təmizləmək olar. Səhərlər də qızılgül dəmləməsi ilə üzü silin.


Buna da baxın

Limondan 7 gözəllik sirri

Whatsapp ilə Paylaş Mətbəxin vazgeçilməzi olan limonları yalnız salatlarınızdan və ya yeməklərdə deyil gözəlləşərkən də …