Əsas səhifə / Əsas menu / Gözəllik / Qara nöqtələrdən qurtulmağın yolları
Bizi mobildən daha sürətli  izləyin

Qara nöqtələrdən qurtulmağın yolları

s

Dəri nə qədər təmizsə qadın o qədər gözəldir.

Amma meydana gəlməsi çox asan olan, dərinin hamarlığını maneə törədən qara nöqtələrə qarşı nələr edilə bilər?

Qadınklubu.com qara nöqtələrə qarşı evdə asan şəkildə istifadə olunan bir neçə təklifi təqdim edir.

Buxar duşu

Bir qab və ya vedrəyə qoyduğunuz isti suyun buxarı ilə dərinizdəki məsamələr genişlənəcək. İsti sudan əvvəl qaba bir neçə qaşıq alma sirkəsi də əlavə edə bilərsiniz. Daha yaxşı nəticə üçün, bir dəsmalı başınıza bağlayın və bütün buxarın üzünüzə dəyməsinə şərait yaradın.

Yumurta ağı maskası:

Qırdığınız yumurtanı bir qabda yaxşıca çırpıb, dərinizə sürtün. Quruduqdan sonra ikinci bir qatı da çəkin. 10-15 dəqiqədən sonra qara nöqtələr çölə çıxdıqda asanca təmizləyə bilərsiniz.

İsti bal maskası:

2 yemək qaşığı qədər balı bir az istilədin və üzərinə yenə eyni miqdarda buğda toxumu əlavə edin. Əgər buğda toxumu yoxdursa, limon suyundan da istifadə edə bilərsiniz. Hazırladığınız maskanı qara nöqtə olan hissəyə sürtün və bir neçə dəqiqə ovun. Bu maskanı, 10-15 dəqiqə üzünüzdə saxlayın. Sonra su ilə dərinizi yuyun.

Soda və alma sirkəli maska:

Alma sirkəsi və sodanı məcun halına gələnə qədər qarışdırıb problemli olan hissəyə çəkin. 5-7 dəqiqə sonra bol soyuq su ilə yuyun.

Qatıq maskası:

1-1,5 yemək qaşığı qatığa bir neçə damcı limon suyu əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız maskanı üzünüzə sürtün. 10-15 dəqiqə sonra üzünüzü yuyun.

Buna da baxın

Saç uzadan möcüzəvi qarışım

Whatsapp ilə Paylaş Tərkibi 3 damla limon suyu 1 yemək qaşığı xına 1 ədəd yumurta …