Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qara zirənin faydaları
Bizi mobildən daha sürətli  izləyin

Qara zirənin faydaları

qaQara zirənin faydaları

Qara zirənin faydalı cəhətləri doğrudan da çoxdur.

Peyğəmbərimizin (s.a.s): “Qara zirədə hər dərdə çarə vardır” sözü, eynilə Uca Allahın: “O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər! kəlamına bənzəyir. Yəni, hansı şey ki, məhv olmağa layiqdir, onları məhv edər.Bədəndəki kiçik şişləri, şişkinlikləri aparır, dazlaşmış yerə əkilən tük kökünü inkişaf etdirir, ala-bula xəstəliyini və dörd gündən bir gələn qızdırmanı sağaldır, damarlardakı trombları açır, mədə qazlarını qovur, mədənin digər qalıqlarını qurudub xaric edir.

Qara zirə döyülüb toz halına gətirildikdən sonra isti su ilə içilərsə, böyrəklərdə və sidik kisəsində olan daşları əridir. Uzun müddət içildiyi təqdirdə, sidiyi, aybaşı qanını və südü artırır. Sirkə ilə bir yerdə qızdırılıb qarnın üstünə sürtüldükdə tüklərin kökünü məhv edir.
Qara zirə döyülüb bir müddət buruna çəkildikdə zökəmi sağaldır

Qara zirə yağı saçqıran xəstəliyə və ziyillərə qarşı müalicə vasitəsi kimi faydalıdır. Su ilə bərabər bir misqal içilərsə, astma və digər nəfəs yolu xəstəliklərə müsbət təsir göstərər. Soyuq baş ağrısı zamanı qara zirə yağından sarğı hazırlayıb başın ağrıyan hissəsinə qoymaq lazımdır.

Qara zirə sirkədə qaynadılaraq qarqara edilərsə, soyuqdan ağrıyan dişlərin ağrısının kəsməsinə səbəb olar. üyüdülüb toz halında buruna çəkilərsə, gözün sulanmasının qarşısını alır. Sızanaq və dərisi çatlamış qaşınmalara qarşı təsirli vasitədir. Qara zirə yağı buruna çəkildikdə üz iflicini, yarım misqaldan bir misqala qədər içildikdə isə zəhərli hörümçək dişləməsini sağaldır.

Bunlardan başqa, məhz qara zirə insanın immun sistemini möhkəmləndirib, ona enerji və güc verərək, sağlamlığın əvəzolunmaz bərpaçısına çevrilir. Həmçinin qara zirədən əsəb sisteminin xəstəliklərində, mədə xoralarında, mədə-bağırsaq qurdlarında, nizamsız aybaşılarda və hətta xərçəng xəstəliklərində də istifadə edilir.

Orqanizmin ümumi möhkəmliyini təmin etmək üçün yeməkdən sonra 1 çay qaşığı qara zirə qəbul etmək məsləhət görülür ki, bu bir günlük norma hesab olunur.

Bu norma artırılmamalıdır.


Buna da baxın

Qulaq kirinə qarşı sağlam üsul

Whatsapp ilə PaylaşQulaq kiri xoşagəlməz olsa da, amma qulağımızı göbələkdən, böcəklərdən və bir sıra bakteriyalardan …