Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Qaraciyəri təmizləyən bitki çayları
Bizi mobildən daha sürətli  izləyin

Qaraciyəri təmizləyən bitki çayları

qaraciyəri təmizləyən çaylar
Qaraciyərin təmizlənməyə ehtiyacının olduğunu həddindən artıq yorğunluq, səbəbsiz nəfəs qoxusu, dəridə qaşınmalar, həzm problemləri və iştah itkisi kimi əlamətlərdən anlaya bilərsiniz. Bu toksinlərin və digər zərərli maddələrin  bədəndən atılması, qaraciyərin təmizlənməsi üçün öd ifrazını artıqmaqdan ibarətdir. Bunun üçün də, öd ifrazını artıran dəvətikanı  və zəncirotu  kimi bitki  çaylar istifadə edilə bilər.

Dəvətikanı

Dəvətikanı bitkisi qaraciyəri təmizləmək üçün ən çox təklif edilən bitkilər arasında ilk sırada gəlir. Dəvətikanının tərkibindəki  “silymarin” və “silyin” adlı maddələr qidalar yoluyla alınan zərərli toksinlərin bədən tərəfindən qəbul edilmədən  sistemdən atılmasına köməkçi olur. Eyni zamanda  Dünya Sağlamlıq Təşkilatı tərəfindən nəşr olunan müxtəlif  mənbələrdə  dəvətikanı, göbələk zəhərlənməsinə qarşı təsirli bir bitki olaraq göstərilmişdir.

Zəncirotu

Həzm sisteminə kömək edərək öd istehsalını artıraraq qaraciyərdə yığılan zərərli toksinlərin nəcis yolu ilə atılmasına köməkçi olur. Eyni zamanda bitkinin iltihab önləyici xüsusiyyəti, qaraciyər zədələnməsinə  yol açan iltihablanmaların müalicəsinə faydalıdır. Zəncirotu  çayının digər faydaları arasında; qan şəkəri səviyyəsini qoruması, xolesterolu salması və antioksidan olması göstərilir.

Qaraciyəri təmizləmək üçün digər təkliflər

  • Spirtdən uzaq olun.
  • Qaraciyərdəki xolesterol səviyyəsini aşağı salan pektin baxımından zəngin olan portağal və alma istehlak edin.
  • Yaşıl yarpaqlı tərəvəz, soğan yeyin.
  • Yağdan istifadəni azaldın
  • Natrium (duz) istehlakını azaldın.
  • Yüksək xolesterollu qidalardan istifadəni məhdudlaşdırın.
  • Qəhvə və çayı azaltmaq qaraciyərin təmizlənməsinə köməkçi olacaq.
  • Daimi olaraq limon suyu içmək qaraciyəri toksinlərdən təmizləyər.
  • C və E vitamini baxımından zəngin pomidor istehlak edin.
  • Qaraciyəri təmizləyərkən yaşıl çay içmək immunitet sisteminizi gücləndirir.
  • Gündə 8 stəkandan az olmamaq üzrə bol-bol su için.
  • Selenium və antioksidan baxımından zəngin olan sarımsaq yeyin.

Qeyd: Sadalanan üsulları tətbiq etməmişdən əvvəl həkiminizlə məsləhətləşin.

Buna da baxın

Yağları əridən çayın hazırlanması

Whatsapp ilə Paylaş Botanika və kosmetologiya üzrə mütəxəssis Pervin Bulgak bədəni yağlardan təmizləyən çaylar hazırlayıb. …