Əsas səhifə / Manşet / Qaralan dirsəklərə çarə
Bizi mobildən daha sürətli  izləyin

Qaralan dirsəklərə çarə

Qaralan dirsəklərə çarə

Qaralan dirsəklər üçün çarə axtarırsınız?

Qaralan dirsəklərdən yaxa qurtarmaq o qədər də çətin deyil. Əgər bu problem sizi də narahat edirsə, Qadınklubu.com-un təklif etdiyi maskadan istifadə etməklə ürək açan nəticələr əldə edə bilərsiniz.

Tərkibi:

1 fincan dəniz duzu
1 fincan Küncüt(susam) yağı
1 x/qaşığı portağal yağı
1 x/qaşığı evkalipt yağı
1 x/qaşığı şaftalı yağı

Hazırlanması:

Bir fincan dəniz duzu və küncüt yağını qarışdırın. Üzərinə hər biri 1 qaşıq olmaqla, portağal yağı, şaftalı və evkalipt yağını əlavə edərək qarışdırmağa davam edin. Daha sonra limon qabıqlarını sürtkəcdən keçirərək, əldə olunan qatışıma əlavə edin. Hazırlamış olduğunuz məhlulu həftədə 2 dəfə dirsəklərinizə tətbiq edə bilərsiniz. Bundan əlavə dirsəklərinizi limonla ovub, küncüt yağı ilə yumşalda bilərsiniz.