Əsas səhifə / Manşet / Qarğıdalı şorbası (Meksika mətbəxi)
Bizi mobildən daha sürətli  izləyin

Qarğıdalı şorbası (Meksika mətbəxi)

q

TƏRKİBİ:

Toyuğun döş əti – 2 ədəd

Soğan – 2 ədəd

Çili istiotu – 0.5 ədəd

Qarğıdalı (konservləşdirilmiş) – 250 qr

Süd – 500 ml

Bitki yağı – 3 xörək qaşığı

Şüyüd – 1 dəstə

Duz – zövqə uyğun

HAZIRLANMA QAYDASI:

Toyuğun döş ətini yuyub, üzərinə soyuq su əlavə edin. Güclü odun üzərinə qoyub qaynama həddinə çatdırın. Odu azaldıb ətin kəfini yığın və  yarı bölünmüş baş soğan əlavə edin. Duzlayın və toyuq bişənədək odun üzərində saxlayın. Əti çıxarıb kub şəklində doğrayın, bulyonu süzün.

İstiotu yuyun, toxumundan təmizləyərək xırda – xırda doğrayın. İki xörək qaşığı yağda soğanla qızardın, konservləşdirilmiş qarğıdalını şirəsilə birgə əlavə edərək, vam odda 7 dəqiqəyə yaxın pörtlədin. Qarışığın üçdə birini kənara qoyub, qalan hissəsini püre şəklinə düşənədək blenderdə çalın.

Püreni qazana töküb, süd əlavə edin və qaynama həddinə çatdırın. Sonra üzərinə süzülmüş bulyonu, qızardılmış soğanlı qarğıdalını, toyuq tikələrini və 1 xörək qaşığı yağ, duz əlavə edin.

Şüyüdü yuyub qurudun, xırda-xırda doğrayın.

Qarğıdalı şorbasını boşqablara töküb, üzərinə xırda doğranmış şüyüd əlavə edin.

Nuş olsun!