Əsas səhifə / Manşet / Qarğıdalını yumuşaq qaynatmağın qaydası
Bizi mobildən daha sürətli  izləyin

Qarğıdalını yumuşaq qaynatmağın qaydası

Qaynadılmış qarğıdalı yay aylarının ən gözəl qidalarından biridir. Çimərliklərimizi onsuz təsəvvür etmək mümükün deyil.

Qadinklubu.com-un məlumataına görə, ümumiyyətlə qaynadılmış qarğıdalını yumşaq qaynatmaq üçün bəzi məqamları bilmək lazımdır. Bəs yaxşı qarğıdalı necə qaynadılar?

Qarğıdalı qaynatmaq üçün:

Seçdiyiniz qarğıdalıları yarpaqlarından ayırın. Ancaq yarpaqları atmayın. Ayırdığınız yarpaqlarıla birlikdə qazanda qarğıdalıların arasına yerləşdirin. Üzərinə iki barmaq keçəcək şəkildə su əlavə edin. Qazanın qapağını bağlayıb ocağın üstə qoyun. Ən az 1 saat ərzində bişməyə qoyun. Az qaynayarsa, qarğıdalı dənələri sərt qalacaq və yeyərkən çətinlik çəkə bilərsiniz.

Əsas məsəslə qarğıdalını daha gözəl və ləzzətli hala gətirmək üçün:

Qarğıdalı bişərkən suyun içinə duz atmamaq lazımdır. Atılan duz qarğıdalının bişmə müddətini uzadır. Əgər duzlu sevirsinizsə, yeyərkən duzalyıb yeyin.

İstəsəniz qarğıdalılar qaynayan zaman yarım çay qaşığı şəkər ata bilərsiniz. Bu həm qarğıdalıya dad verəcək, həm də yumşaldacaq.

Nuş olsun!