Əsas səhifə / Manşet / Qarın ətrafı artıq yağların ən güclü düşməni
Bizi mobildən daha sürətli  izləyin

Qarın ətrafı artıq yağların ən güclü düşməni

Qarın ətrafı  artıq yağların ən güclü düşməni

Qarın nahiyyəsində toplanan artıq yağlar həm qadınları, həm də kişiləri narahat edən problemlərdəndir. Bu nahiyyədə toplanan artıq yağları əritmək o qədər də rahat olmur. İlk əvvəl həmin nahiyyədə yağların toplanmasının qarşısını alan qidalardan istifadə etmək lazımdır. Daha sonra isə lazımlı diyet və ya idman vərdişləri ilə bu problemin qarşısını almaqı təmin etmək mümkündür.  Bu nahiyyədəki artıq yağlar nəinki görünüşə təsir edir, eyni zamanda sağlamlıq baxımından da zərərlidir. Çünki, bütün qarın boşluğu orqanlarını əhatəliyən yağ kütləsi bir sıra xəstəliklərin meydana gəlməsinə şərait yaradır. Bunlardan başlıcası diabet və ürək xəstəlikləridir.  Yaş artdıqca maddələr mübadiləsi azaldığı üçün təbii olaraq bu yağlardan yaxa qurtarmaq o qədər  də asan olmur. Bu mövzu ilə əlaqədar olaraq, türkiyəli həkim, dos. Halit Yerebakan bəhs etmişdir. Qadinklubu.com həmin məlumatı sizərlə paylaşır.

Həkim  “qarın ətrafı nahiyyədə yağlarla mübarizədəki qida siyahısının əvvəlində almanın gəldiyini qeyd etmişdir. Əgər qarın ətrafı nahiyyədə, eyni zamanda bədəndəki digər nahiyyələrdə toplanan artıq yağlardan xilas olmaq istəyiriksə, orqanizmdəki lif nisbətini artırmalıyıq.  Liflər nəinki qarın ətrafındakı artıq yağların yox olmasında, eyni zamanda bağırsaqları, qaraciyəri və ürəyi də qoruyur” deyə qeyd etmişdir.