Əsas səhifə / Manşet / Qarın əzələsi üçün hərəkətlər
Bizi mobildən daha sürətli  izləyin

Qarın əzələsi üçün hərəkətlər

Qarın nahiyəsi insan bədənində ən çətin formaya düşən sərt əzələlərdən ibarətdir, buna görə də digər nahiyələrə nisbətən daha çox məşq etmək lazımdır. Nizamlı olaraq məşq etməkdən əlavə düzgün qidalanmaq da qarın əzələlərinin yaranmasında mühüm rol oynayır. Mütəxəssis Ebru Karaduman qarın əzələləri üçün düzgün idman hərəkətləri və qidalanmanın eyni vaxtda edilməli olduğunu söyləyib. Karaduman: “Əzələ yığmaq üçüm qarın əzələsini məşqin ən sonuna saxlayın, çünki əzələləriniz digər bütün hərəkətlərdə də sizə kömək edən bədənin mərkəzidir”,-deyə qeyd edib.

Qadinklubu.com qarın əzələsi üçün 5 idman hərəkətini təqdim edir.

Dizlərinizi bükərək oturun. Bir ədəd qanteli iki əlinizlə tutub sinə ilə eyni səviyyəyə qaldırıb irəliyə uzadın, beli isə dik tutun. Bədəninizi 45 dərəcəlik geriyə doğru söykəyin qarın əzələlərinizi sıxın. Bu vəziyyətdə budları sabit saxlayıb, qanteli sağa, sola çevirin. Yan qarın və bel nahiyəsini hərəkətə gətirən bu idman hərəkətini belində problem olanlar etməməlidir.

foto2

Beli üstə uzanın. Əllərinizi başınızın arxasına aparın və belinizin üst hissəsini çanaq sümüyə qədər qaldırın. Nəfəs alarkən dirsəkləriniz açın, bədəninizi çapraz formada aparın. Dizinizin birini bükəndə digərini uzadın.

foto3

Yerdə ayaq uclarınızın və əllərinizin üzərində düz dayanın. Əvvəl sağ dizinizi sol dirsəyinizə doğru çəkin. Sağ ayağınızı yerinə qoyub sonra sol dizinizi sağ dirsəyinizə dəyməsinə çalışın.

foto 4

Belinizi arxaya yüngül əyərək oturun. Əllərinizlə stolun yanlarından tutun. Ayaqlarınızı dizinizə görə 90 dərəcə açıb barmaq uclarınızı yerə qoyun. Duruşunuzu dəyişmədən bir dizinizi yuxarıya doğru çəkin. Endirib digərini qaldırın.

foto 5

Beli üstə uzanın, dizlərinizi bükərək ayaqlarınızı topun üzərinə qoyun. Qarnınızı içəriyə çəkin, qollarınızı başınızın arxaına yerləşdirin. Nəfəs alın, nəfəs verərkən başınızı və bel sümüklərinizi yerdən qaldıraraq qarnınızı sıxın.

53736

Buna da baxın

Qarındakı artıq yağları əritmək üçün idman hərəkətləri

Whatsapp ilə PaylaşArıqlamaq, artıq çəkilərdən xilas olamq üçün bir sıra diyetlər sınamış ola bilərsiniz. Amma …