Bizi mobildən daha sürətli  izləyin

Qarın qutabı

Qarın qutabı

Tərkibi:

Xəmir üçün:
-800 qr un
-1 ç/q duz
-su

İçlik üçün:

-1 kq qarın (mal və ya qoyun)
-300 qr quyruq
-3 ədəd soğan
-duz
-istiot
-nar və ya zirinc

Hazırlanması:

1. İçliyi hazırlamaq üçün, qarın, quyruq və soğan ət maşınından çəkilir; duz, istiot vurulub yaxşıca qarışdırılır.

qarin_qutab1

2. Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur.

qarin_qutab2

3. Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır.

qarin_qutab3

4. Kündələrin hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı hissəsinə qarından (yəni hazırlanmış qiymədən) qoyulur və aypara şəklində qatlanılır.

qarin_qutab4

5. Qiyməni xəmirin arasına qoyarkən zövqə görə nar dənələrindən və ya zirincdən də əlavə etmək olar.

qarin_qutab5

qarin_qutab6

6. Qutab, hər iki tərəfi qızarana kimi, tavada bişirilir.

qarin_qutab7

 

Nuş olsun!

 

Buna da baxın

Buz ilə qarın piylərindən 3 gündə xilas olun

Whatsapp ilə Paylaş  Buz ilə qarın piylərindən 3 Gündə xilas ola bilərsiniz. Qarın xüsusilə də …