Əsas səhifə / Manşet / Qarışqa yuvası
Bizi mobildən daha sürətli  izləyin

Qarışqa yuvası

Tərkibi:

  • 500 qr un
  • 250 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 2 yumurta
  • 1 ç/qaşığı qabartma tozu
  • 1 çimdik duz
  • 100 qr xama

Krem üçün:

  • 1 qab qatılaşdırılmış süd
  • 2 x/qaşığı təbii bal
  • 50 qr kərə yağı

Üzəri üçün:

  • Çörək otu
  • 1x/qaşığı bal

Hazırlanması:

Unu qabartma tozu, şəkər tozu, soda və duzla qarışdırırıq. Soyuq halda kərə yağını kiçik hissələrə bölərək, əlavə edib əllə qarışdırırıq. Tam qarışdırdıqdan sonra yumurta və xamanı əlavə edərək, əllə qarışdırırıq. Çox qarışdırmağa ehtiyac yoxdur. Bütün ərzaqlar qarışdıqdan sonra qarışdırmayın. Əldə etdiyimiz yumşaq xəmiri dörd bərabər hissəyə bölürük. Xəmiri 1 saat soyuducunun alt qismində, 15 dəqiqə isə buzluqda saxlayırıq. Xəmiri sürtgəcdən keçirərək yağlı kağız üzərinə səpirik. Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada (10-15 dəqiqə) üzəri qızılı rəng olana qədər bişiririk. Hazır olduqdan sonra əl ilə tam da kiçik hissələrə bölünməməsi şərtilə ovuruq.

Kremin hazırlanması:

Qatılaşdırılmış südü qaynadırıq(hazır qaynadılmış da almaq olar). İsti halda üzərinə kərə yağını əlavə edirik. Yağ əridikdən sonra balı əlavə edib qarışdırırıq. Ovuntu halında olan biskivitlərin üzərinə kremi əlavə edib qarışdırırıq. Tam qarışdıqdan sonra servis qabına töküb oval formada formalaşdırırıq. Üzərinə bal tökürük. Daha sonra çörək otu səpərək 2 saat gözlətdikdən sonra servis edə bilərsiniz.

Zövqə görə tərkibinə istənilən çərəz əlavə etmək mümkündür. Eyni zamanda kakao, şokolad və ya qlazurla da bəzəyə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Zərif tortu

Whatsapp ilə PaylaşTərkibi: 140 qr un 1 qr duz 4 qr qabartma tozu 0.5 qr …

2 Şərhlər

  1. Gatilawdirilmiw sud cox duru oldu axi