Əsas səhifə / Əsas menu / Gözəllik / Qarnı hansı hiylələrlə gizlətmək olar?
Bizi mobildən daha sürətli  izləyin

Qarnı hansı hiylələrlə gizlətmək olar?

Qarnı hansı hiylələrlə gizlətmək olar?

Qarnı hansı hiylələrlə gizlətmək olar

Qadınların zəhləsini tökən məqamlarından biri də qarnın çıxmasıdır. Bəzi hiylələrlə isə qarnı gizlətmək mümkündür. Buyurun, qarnı gizləyən hiylələri təqdim edirik.

Sıx və sərt material – Bütün vücuda sıx oturan geyimlər moda dünyasının möcüzə geyimlərindəndir. Sıx və sərt parçadan tikilən donlar vücudu sıxdığı üçün bədəni gözəl göstərir.

Pencək – Xüsusi sifarişlə tikilən geyimlər möcüzələr yarada bilər. Amma büdcəniz imkan vermirsə, qarderobunuza arxalanın. Uzun pencəklər, bleyzerər qarın bölgəsini gizləyir. Boş və geniş geyimlər yerinə, vücudunuza tam oturan modellərə müraciət edin.

Əyninizə tam oturan geyimlər – Həddindən artıq bol geyimlərlə qarnı gizli saxlamaq dəb xətalarından biridir. Sizi olduğunuzdan daha çəkili göstərir. Əyninizə oturan və ya çox yüngül geyimlər daha yaxşı görünməyinizə səbəb olur.

Tünd rənglər – Bu hiylə artıq çəkiləri gizlətməyin ən yaxşı yoludur. Qaranın arıq göstərmək qabiliyyətini bilməyən yoxdur.

Yüksək bel – Beli qısa olan şalvarlar qarındakı artıq piylərin çıxmasına, nəticə etibarı ilə çirkin görünməsinə səbəb olur. Yüksək bel şalvarlar və ətəklər isə qarın hissəsini toparlayır.

Korset – Korsetlər çəkici alt geyimlərinə daxil olmasa da, müəyyən məqamlarda həyatımızı xilas etdiyi həqiqətdir. Qarın və ayaq bölgəsini toparlayan modellər sayəsində daha incə görünəcəksiniz.


Publika.Az

Buna da baxın

Bu il dəbdə olan hörük modelləri

Whatsapp ilə PaylaşHəm qısa, həm də uzun saçları olduqca gözəl göstərən hörüyün təkrar dəbdə olduğu …