Əsas səhifə / Manşet / Qarpız peçenyesi
Bizi mobildən daha sürətli  izləyin

Qarpız peçenyesi

Tərkibi:

  • ¾ fincan kərə yağı
  • ¾ fincan şəkər tozu
  • 1 yumurta
  • ½ qaşıq vanil ekstratı
  • 2 stəkan un
  • ¼ çay qaşığı soda
  • 1 çimdik duz
  • Qırmızı və yaşıl qida boyası
  • ¼ fincan damla şokolad

Hazırlanması:

Bir qabda kərə yağı və şəkər tozunu qarışdırın. Üzərinə yumurta və vanili əlavə edərək qarışdırmağa davam edin. Unu soda və duzla qarışdırdıqdan sonra qarışıma az-az əlavə edərək, bir maddə halına gələnə qədər qarışdırın. Hazır xəmiri üç hissəyə bölün. Bir böyük 2 ədəd isə kiçik hissə (kiçik hissələr də ölçü etibarilə fərqli olmalıdır). Böyük hissəni qırmızı rəngə boyayaraq rulet şəklində büküb üzərini salafanla örtərək 2 saat soyuducuda gözlədin. Digər kiçik hissələrdən birini(nisbətən böyük olan) isə yaşıl rəngə boyayın. Yaşıl boyadığınız xəmirlə rəngsiz xəmirin ayrı-ayrı salafanla üzərini örtərək, 1 saata qədər soyuducuda gözlədin. Daha sonra soyuducudan çıxardığınız rəngsiz xəmiri qırmızı xəmirin ölçüsünə uyğun tərzdə düzbucaqlı şəklində yayın. Qırmızı rulet şəkilli xəmirin üzərinə yaydığınız lavaşı bükün. Daha sonra yaşıl boyalı xəmirlə də eyni proseduru tətbiq edin. Yaşıl rəngli lavaş rəngsiz lavaşdan qalın olmalıdır. Bu lavaşı da ruletin üzərinə bükün. Hazır xəmiri 2 saat soyuducuda saxladıqdan sonra, nazik ölçülərdə halqa şəklində dilimləyin. Hər dilimi mərkəzdən iki hissəyə bölün. Əldə etdiyiniz qarpız diliminə bənzər peçenyelərin mərkəzini damla şokoladla bəzəyin. Yağlı kağız sərilmiş siniyə düzərək əvvəlcədən 180 dərəcə isidilmiş sobada 9-11 dəqiqə ərzində bişirin. Peçenyelər soyuduqdan sonra zövqünüzə görə dizayn edərək servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Şokoladlı çubuqlar

Whatsapp ilə PaylaşTərkibi: 100 qr un 2 x/qaşığı şəkər tozu 2 x/qaşığı kərə yağı 2 …