Əsas səhifə / Manşet / Qarpız salatı
Bizi mobildən daha sürətli  izləyin

Qarpız salatı

Tərkibi:

  • 200 qr toyuq əti
  • 4 yumurta
  • 150 qr pendir
  • Qara zeytun
  • 150 qr mayonez
  • 3 pomidor
  • 3 xiyar
  • Duz

Hazırlanması:

Toyuğun döş ətini qaynatdıqdan sonra kub formada doğrayırıq. Yumurtanı sürtgəcin böyük hissəsindən keçiririk. Pendiri də sürtgəcdən keçirirk. Eytunların bir qismini oval, digər qismini isə uzunsov formada doğrayırıq.pomidor və xiyarı eyni qayda ilə doğrayırıq. Pomidoru kub formada doğrayırıq. Xiyarı sürtgəcin böyük gözündən keçiririk. Toyuq filesini, yumurtanı, zeytunu (oval formada doğradıqlarımızı), pendiri (bir qismini bəzək üçün saxlayırıq), duz və bir qədər də mayonez əlavə edib qarışdırırıq. Hazırladığımız qarışımı boşqaba əlavə edib qarpız dilimi şəklində formalaşdırırıq. Üzərinə pomidor düzürük. Pomidorun kənarlarına pendiri səpirik.Kənarlarına sürtgəcdən keçirdiyimiz xiyarı əlavə edirik. Sonra uzunsov formada kəsdiyimiz zeytunları əlavə edirik. Ön hissəsini də pomidor və zeytunla bəzədikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

“Pələng balası”

Whatsapp ilə Paylaş Göndərdi: Aygün Abdullayeva Lazım olan ərzaqlar: 400 qr kartof 200 qr kolbasa …