Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qarpızın FAYDALARI
Bizi mobildən daha sürətli  izləyin

Qarpızın FAYDALARI

qarpizQarpızın FAYDALARI

Yay istisində sərinlədən dadlardan olan qarpızın, bir çox xəstəliyə şəfa olduğunu bilirsinizmi? Pomidorda olduğu kimi, qarpıza da qırmızı rəng verən likopen maddəsi xərçəngdən qoruyur, eyni zamanda göz sağlamlığı üçün də faydalıdır.

Qadınklubu.com sizə yayın sevimlisi olan qarpızın faydalarını və zərərlərini təqdim edir.

Qarpız suyu idmandan sonra, yaşanan əzələ ağrılarını azaldır. Araşdırmalar zamanı qarpızın bu faydasının tərkibində olan, L-citrulline adlı birləşmədən qaynaqlandığı müəyyən olunub. L-citrulline amin turşusu, bədən tərəfindən amin turşusu olan L-argininə dönür. Bu turşu da qan dövranını yaxşılaşdıraraq, qan damarlarını rahatladır və ağır idman növlərindən sonra yaşanan əzələ ağrılarını azaldır.

Qarpız pis xolesterolu azaldaraq, ürək xəstəliklərinə səbəb olan damar tıxanıqlığının qarşısını.

Qarpıza qırmızı rəng verən likopen maddəsi, prostat xərçəngi riskini azaldır, ürək xəstəliklərinə qarşı qoruyur, sarı nöqtə olaraq bilinən göz xəstəliyini və katarakt riskini aşağı salır.

Qarpız artıq çəkili insanlarda yüksək təzyiqin düşməsinə yardım edir.

1 kasa qarpızda 45 kalori var. Lif sayəsində uzun müddət tox qalmanıza kömək edir.

Ürəyiniz şirniyyat istəyəndə qarpız yeyin. Şəkərli olduğunu da unutmayın.

Qarpızda bol miqdarda olan A vitamini, göz sağlamlığı üçün mühüm vitaminlərdən biridir.

Orqanizmdə A vitamini çatışmayanda göz quruluğu, göz infeksiyası, görmənin zəifləməsi kimi şikayətlər ortaya çıxır. 1 kasa qarpız gündəlik A vitamin ehtiyacının 18%-i ödəyir.

Yay meyvəsi olan qarpızın 91%-i sudan ibarətdir. Elektrolitlə zəngin olan bu meyvə, yayda susuzluqdan dolayı yaşanan halsızlığa yaxşı təsir edir. Elektrolitlər sinir hüceyrələrinin funksiyası, əzələlərin çalışması, ürək sağlığı üçün əhəmiyyətlidir. Çox tərlədən fiziki aktivlik sonrası, 1 stəkan qarpız suyu için.

Qarpız flavanoidlər, karotenoidlər, triterpenids kimi birləşmələrlə zəngindir. Antioksidan təsirini artırır. Qarpızın tərkibində olan antioksidanlar astma, sütun xərçəngi, ürək problemləri, revmatid arterit və prostat xərçəngi riskini azaldır.

Olduqca qidalandırıcı bir meyvə olan qarpız, bol A, C, B6, B1 vitamini, kalsium, dəmir, fosfor, potasium, mis və manqanaz mineralları, həzmə faydalı olan liflə zəngindir.

Qarpızın çəyirdəkləri bağırsaq xərçənginin qarşısını alır. Yaşla bağlı degenerasiyanı da əngəlləyir.

Çox qarpız yemənin nə zərəri ola bilər?

Qarpız və pomidor likopenlə zəngin olduğundan, çox yeyildiyində mədə bulantısı, qusma, ishal, həzmsizlik və köp kimi şikayətlər törədir.

Yüksək miqdarda potasiumla zəngin olduğundan, potasiumun bədəndən atılması üçün böyrəklərə çox güc düşür. Böyrək problemi olanlar qarpızı miqdarında yeməlidir.


Buna da baxın

Antiperspirantların təhlükəsi

Whatsapp ilə Paylaş İsti havadada antiperspirantların istifadəsi xüsusilə aktualdır. Antiperspirantların sayəsində biz özümüzü daha rahat və …