Əsas səhifə / Manşet / Qarşınızdakı şəxsi yola gətirməyin yolları
Bizi mobildən daha sürətli  izləyin

Qarşınızdakı şəxsi yola gətirməyin yolları

Talk-With-People

Bəzən hansısa bir fikri qarşınızdakı şəxsin də qəbul etməsini istəyirsiniz. Bu cür hallarda sizə kömək edə biləcək kiçik tövsiyələrimiz var.

Hər insanın yaxşı və pis xasiyyətləri vardır. Siz də qarşınızdakı insanın bəzi davranışlarına dözə bilmir ya da uğurlu olması üçün bu hərəkətlərdən qurtulması lazım olduğunu düşünə bilərsiniz. Qarşınızdakı insanı sözün əsl mənasında yola gətirməyin yolu doğru sözləri işlətməkdən keçir.

Qadinklubu.com bunun üçün sizə sadə üsulları təqdim edir.

Əvvəlcə vərdiş edilmiş sözləri doğru və uyğun mənada istifadə edin. Eyni mənalı sözləri istifadə etmək, maraqlı olmaz və gülünc görsənməyiniz gətirib çıxaracaq.

Varvarizmlərdən istifadə etməməyə çalışın. Xüsusilə terminlərə gündəlik danışıqda yer verməyin. Belə olduqda qarşınızdakına: ” Mən danışıram, sən başa düşmürsənsə sənin problemindir” mənasına gəlir.

Danışarknən neqativ fikirlərə yer verməyin. Pozitiv olun. Stəkanın dolu ya da boş olması məsəli kimidi. Siz dolu tərəfi istifadə edin.

Qarışıqlığa yer verməyin. İzah etdiyiniz fikri az sayda sözdən istifadə edərək və sadə dildə izah edin. Boş yerə fikirləri qarışdırmayın.

Cümlələrinizi uzun etməyin. Bu izah etməyə çalışdığınız nöqtədən qarşınızdakının uzaqlaşmasına gətirib çıxaracaq. Cümlələrdəki sözləri dilin qaydalarına uyğun sıralayın.

Danışarkən qarşınızdakını da söhbətə qoşmaq istəyirsinizsə, onu da qoşun. Arada onun fikrini öyrənin.

Buna da baxın

Pendir vərdiş yaradır

Whatsapp ilə Paylaş Aparılan araşdırmalar zamanı süfrələrimizdən əskik olmayan pendirin qəribə özəlliyi ortaya çıxıb. Qadinklubu.com …