Əsas səhifə / Əsas menu / Pəhriz / Qaş düzəltdiyiniz yerdə göz çıxarmayın
Bizi mobildən daha sürətli  izləyin

Qaş düzəltdiyiniz yerdə göz çıxarmayın

yuQaş düzəltdiyiniz yerdə göz çıxarmayın

Məşq sağlam həyatın imtina edilməz parçasıdır. Arıqlamağa, əzələ kütlələrini artırmağa çalışanlar müxtəlif məşq üsullarından istifadə edirlər. Amma bu zaman qidalanmalarına diqqət etmirlər. Əgər siz də məşq edirsinizsə bunlara diqqət etməlisiniz.

Yağ qəbulunu həddindən artıq məhdudlaşdırmaq olmaz

Bədən inkişaf etdirməyə istiqamətli məşq edən kəslərdə ən əhəmiyyətli qidalanma səhvlərindən biri, yağ qəbulunu həddindən artıq azaltmaqdır. Yağlar bədəndə hormonların quruluşunda olmaqla birlikdə, xüsusilə immunitet sistemi, artıma sağlamlığı, sümük inkişafı, hüceyrə yenilənməsi və qan laxtalanması kimi əsas funksiyaları olan A, D, E və K vitaminlərinin bədən tərəfindən istifadə edilməsini təmin edir.

Karbonhidrat qəbulunu azaltmaq olmaz

Karbonhidrat ehtiva edən tam taxıllı qidalar, makaron, düyü, yarma, tərəvəz və meyvə kimi qidaların uyğun miqdarlarda qəbulu məşqdən ən yüksək faydanı təmin edə bilmək üçün olduqca əhəmiyyətlidir.

Həddindən artıq zülal qəbulu ziyandır

Xüsusilə gücə söykənən məşq edən kəslər bədənlərinin ən çox zülala ehtiyac duyduğu düşüncəsiylə, yüksək nisbətdə yağ və xolesterol də ehtiva edən heyvani qaynaqlı yumurta, ət kimi qida qaynaqlarını artırırlar. Hətta bunlarla da kifayətlənməyib xaricdən zülal əlavələr ala bilərlər. Halbuki halter, boks, bədən inkişaf etdirmə kimi idman növlərinin gündəlik qəbulu enerjinin yarısı karbonhidrat, 30%-i zülaldan təmin edilir.

Yetərsiz maye qəbulu zərərlidir

Məşqin əvvəlində, əsnasında və sonrasında uyğun maye qəbulu yorğunluğun gecikdirilməsi, əzələ kramplar qarşısının alınması, konsentrasiyanın artırılmasında faydalıdır.. Məşq əsnasında itirilən suyun yerinə qaytarılması üçün xüsusilə 1 saatı keçməyən məşqin ən uyğun içkisi sudur.

Bitki tərkibli məhsullardan kömək istəmək

Bitki mənşəli məhsullar, uyğun doza, faktor maddə, qida-dərman və qida-qida qarşılıqlı, fərdin tibbi vəziyyəti, istifadə etdiyi dərmanlar baxımından risk daşıya bilər.


Buna da baxın

Hamilə qalmaq istəyən xanımlara sadə və möhtəşəm resept

Whatsapp ilə Paylaş Müasir dövrün ən geniş yayılmış problemlərindən biri də sonsuzluqdur. Bu gün dünyada …