Əsas səhifə / Əsas menu / Gözəllik / Qaş qalınlaşdıran vasitələr
Bizi mobildən daha sürətli  izləyin

Qaş qalınlaşdıran vasitələr

l

Dəb dəyişdikcə istər-istəməz dəblə uyğunlaşmaqa səy göstəririk.

Qarderobumuzdakı geyimləri, saç düzümü və. s bu kimi dəyişdirilməsi o qədər də çətin deyil. Amma bəzi dəblə ayaqlaşmalı olduğumuz meyarlar var ki, onları dəyişdirmək o qədər də asan deyil. Hal-hazırda dəbdə olan qalın qaşlardan danışıram. Bundan əvvəl nazik qaş modelinə öyrəşdirdiyimiz qaşlarımızı indi bəs necə qalınlaşdırmaq olar?

Qaş, bir qadının əsəbi, şən, cazibədar və ya kobud görünməsinə təsir edəcək, emosiyalarının ifadəsində əsas meyar olduğuna görə, qaş modelləri qadınlar üçün önəmli əhəmiyyət daşıyır. Dəbdən əlavə bəzi qadınların isə qaşı seyrək və qısa olur. Bu hallar qadınlar üçün bir qədər xoşa gəlməz bir vəziyyətdir. Çünki, qaşlara forma vermək onlara görə biraz çətinləşir.

Qadınklubu.com qaşları seyrək olan xanımları nəzərə alaraq, qaş çıxartmaq və qalınlaşdırmaq yollarını sizlər üçün araşdırdı.

Qaşları qalınlaşdırmağın yolları:

  1. Qaş qalınlaşdırmağın yollarından ən təsirlisi sarımsaq və zeytun yağıdır. Sarımsağı tək olaraq da qaşlarınıza nizamlı olaraq çəksəniz, zamanla qaşlarınızın qalınlaşmasını təmin edə bilərsiniz. “Mən bunun qoxusunu heç sevmədim” deyən qadınlar isə sarımsaq və zeytun yağını qarışdırıb pambığ vasitəsilə qaşlarına çəkə bilərlər. Sarımsaq yağında qoxu olmadığı üçün rahatlıqla istifadə edə bilərsiniz. Bunu yatmadan əvvəl etsəniz, daha təsirli olacaq.

  2. 2 diş sarımsağı əzərək biraz zeytun yağıyla qarışdırıb, maska halına gətirin. Daha sonra qaşlarınızı fırça ilə bir az ovuşdurduqdan sonra həmin maskanı qaşlarınıza tətbiq edərək, yarım saat gözlədikdən sonra yuyun. Amma uzanmış vəziyyətdə tətbiq edin ki, sarımsaq gözlərinizi yandırmasın.

  3. Qaş qalınlaşdırma üsullarından biri də fındıqdır. Fındıq içini çıxarıb odda biraz isitdikdən sonra qaşlarınıza çəkin. Və yaxud da digər vasitə fındıq yağından istifadə edin. Hər axşam yatmamışdan əvvəl fındıq yağını qaşlarınıza çəkin. Qısa vaxtda təsirini görəcəksiniz.

  4. Daimi olaraq yağla zəngin nəmləndirici kremlərdən istifadə edirsinizsə, həmin kremi üzünüzə tətbiq edərkən qaşlarınıza da çəkin. Bununla daha qalın qaşlara sahib olacaqsınız.

  5. Əgər təbii görünmək istəyirsinizsə, qaş tatuajından istifadə etməyin. Qaşlarınız heç çıxmırsa, bu metodu o vaxt tətbiq edə bilərsiniz. Təriflərdə yağlardan bəhs etdik, lakin hər bitki mənşəli yağ qaş çıxarmaz, əksinə bəziləri tökücü təsir göstərə bilər, buna görə bilmədiyiniz yağları istifadə etməyin.

  6. “Mən yalnız çölə çıxarkən qaşlarımı qalınlaşdırmaq istəyirəm” deyən qadınlar üçün də makiyaj ilə qaş qalınlaşdırmaq ən təsirli yollar arasında yer alır. Qaş qalınlaşdırmaq əməliyyatını qəhvəyi tonlarda qələm ilə etməyiniz lazımdır, qara rəngdən istifadə etdiyiniz təqdirdə təbiilikdən uzaqlaşarsınız.

  7. Qaşlarınızı vazelin çəkərək də qalınlaşdıra bilərsiniz.

  8. Qaşlarınız çox gur və qalın olduğu halda, birdən tökülməyə başladısa, bu ağır bir xəstəliyin başlanğıcı ola bilər. Əgər belə halla qarşılaşsanız, bir mütəxəssisə müraciət edərək qaş tökülməsinin səbəblərini araşdırın.

Buna da baxın

Stil sahibi olmaq üçün 5 qayda

Whatsapp ilə Paylaş Özünüzə yaraşan rəngləri seçin Hər kəsə yaraşan rənglər var və bu rənglər …