Əsas səhifə / Əsas menu / Gözəllik / Qaşlarınızı südlə qalınlaşdırın
Bizi mobildən daha sürətli  izləyin

Qaşlarınızı südlə qalınlaşdırın

qasss

Əgər siz də daha qalın, dolğun və gözəl qaşlara sahib olmaq istəyirsinizsə, qadınklubu.com bunun üçün sizə bir neçə təbii üsul təqdim edir.

Vazelin

Qaşlarınızın ətrafına gündə iki dəfə vazelin sürtün. Bu proseduru nizamli olaraq, qaşlarınız çıxana kimi təkrarlayın.

Kokos yağı

Qalın qaşlar üçün kokos yağı da faydalı ola bilər. Qaşlarınıza və ətrafına ilıq kokos yağı vurun. Bütün gecə gözləyin, səhər yuyun. Həftədə bir neçə dəfə təkrar edin.

Badam yağı

Qaşlarınızı qalınlaşdıracaq vasitələrdən biri badam yağıdır. E vitamini ilə zəngin olduğundan, badam yağı qaşlarınızın daha gur olmasına kömək edəcək.

Zeytun yağı

Demək olar ki, hər evdə olan zeytun yağı ən yaxşı qidalandırıcılardan biridir. Bu yağı nizamlı olaraq qaşlarınıza sürtərək masaj edin.

Soğan suyu

Qoxusu bir qədər pis olsa da, soğan suyu ən yaxşı çarələrdən biridir. Soğan suyunu sıxın və pambıqla qaşlarınızın üstünə vurun. 10-15 dəq sonra soyuq su ilə yuyun. Həftədə 1-2 dəfə təkrarlayın.

Süd

Bir qaba azca süd əlavə edin və pambıqla qaşlarınıza sürtün. Hər gün təkrar edilən bu prosedur qalın qaşlara sahib olmanıza kömək edəcəkdir.