Əsas səhifə / Manşet / Qastritin təbii üsullarla müalicəsi
Bizi mobildən daha sürətli  izləyin

Qastritin təbii üsullarla müalicəsi

qastirin təbii üsullarla müalicə edin
Qastrit, mədənin daxili  pərdəsinin və qida  borusunun iltihablanmasıdır. Bu iltihablanma müxtəlif səbəblərdən meydana gələ bilər. Bunlardan bəziləri; stress, infeksiya, dərmanlar, spirt istifadəsi, allergiya, radiasiya və zəhərlənmədir.

Qastrit şikayəti olanlarda ən çox  görülən simptomlar bunlardır:

  • qarın ağrısı

  • mədə bulanması

  • qusma

  • iştahsızlıq

Qadınklubu.com bu təqdim etdiyi yazıda, bu həzm problemlərini-qastiriti, təbii həllərlə uyğun şəkildə bir qədər yüngülləşdirməyə köməkçi olacaq.

Bəzi əhəmiyyətli dəyişikliklər etməlisiniz

Qastrit problemlərini təsirli bir şəkildə müalicə edə bilmək üçün həyatınızda və təbii ki qidalanma tərzinizdə bəzi əhəmiyyətli dəyişikliklər etmək lazımdır. İlk əvvəl süd və süd məhsullarından istifadə etməməlisiniz. Bundan əlavə bol-bol su içməlisiniz (ümumiyyətlə gün ərzində ən az 8 stəkan su istehlak edilməsi tövsiyyə edilir) və daha çox E vitamini qəbul etməlisiniz. Ürək bulanması və qusmanı dayandırmaq üçün isə, çiy ananas və papaya toxumu  yeyə bilərsiniz.

Qastrit problemi olanlara tez-tez və az-az yemək yeyilməsi tövsiyə edildiyi üçün, günlük yeməyi gün ərzində planlaşdırmalısınız. Az yeməyə diqqət edin. Turşulu yeməklər, qızartmalar, yağlı və ədviyyatlı yeməklər və spirtli içkilər qəbul edilməməli ya da  daha az istehlak edilməlidir.

Əgər sizə narahatlıq verən qastritin səbəbi qansızlıqla əlaqədardırsa, edə biləcəyiniz ən yaxşı şey dəmir baxımından zəngin qidalar istehlak etməkdir. Beləcə ilk əvvəl problemin səbəbi, daha sonra da qastrit müalicə edilmiş olar. Qastritin səbəbi stressdirsə, stressə gətirib çıxaran problemlərin daha yaxşı öhdəsindən gəlməyi öyrənməyə çalışmalısınız.

Qastrit üçün təbii həllər

Qastritin simptomlarını yüngülləşdirməyə köməkçi olan təbii həllər arasında, çox təsirli bir çox variantımız var. Bunlardan biri biyan köküdür. Bu bitki həzm sisteminin yaxşılaşmasını təmin edir. Bu bitki ilə müalicə üçün yemək yeməmişdən  yarım saat əvvəl 300-600 q biyan kökü yeyin.

Mədə bulanması, qusma, qaz, mədə ağrısı kimi simptomları azaltmaq üçün enginar yeməlisiniz. Digər bir əhəmiyyətli variant isə zəncəfildir. Zəncəfil, iltihablanmağı azaltmasından əlavə həm də qastiritdən qaynaqlanan xoranı da müalicə edir. Zəncəfilin digər bir əhəmiyyətli xüsusiyyəti isə antibakterial olduğu üçün mədə bulantısını azaltması, yəni qastrit simptomlarını yüngülləşdirməkdə  köməkçidir.

Çox faydalı ola biləcək bir digər təbii həll, nanə bitkisindən əldə edilən mentoldur. Həzmə kömək edir, xoranı yaxşılaşdırır.

 

Buna da baxın

Minlərlə xəstə bu qarışıq ilə sağaldı

Whatsapp ilə Paylaş Hər səhər ac qarnına 1 qaşıq yeyin… Sözgüdən məhsullardan istifadə etməklə xəstəliklərdən …