Əsas səhifə / Manşet / Qat-qat bulku
Bizi mobildən daha sürətli  izləyin

Qat-qat bulku

Tərkibi:

  • 600 qr un
  • 350 ml ilıq su
  • 10 qr duz
  • 20 qr şəkər tozu
  • 1 ç/qaşığı maya
  • 2 x/qaşığı zeytun yağı

Üzəri üçün:

  • Ətirli quru ot (zövqə görə)
  • Zeytun yağı

Hazırlanaması:

İlıq suya duz və şəkər tozu əlavə edib qarışdırın. Unu ələkdən keçirərək maya ilə qarışdırın. Suyu və zeytun yağını əlavə edərək yumşaq xəmir yoğurun. Üzərinə bir qədər zeytun yağı sürtdükdən sonra nəm dəsmalla örtüb 2 saat mayalanması üçün gözlədin. Daha sonra bir qədər də yoğurduqdan sonra 15 dəqiqə də gözlədirik. Daha sonra xəmiri yayırıq. Üzərinə bir qədər zeytun yağı çəkərək (kənarlarına isə çəkmirik) zövqə görə seçtiyiniz ətirli otu (kəklik otu, nanə və. s) səpirik. Xəmiri rület şəklində bükürük. Kənarlarını bərkidərək əvvəl əlimizlə, daha sonra ilə bıçaqla kəsərək 10 bərabər hissəyə bölürük. Hazır bulkuları un səpilmiş yağlı kağız üzərinə düzürük. Mərkəzi hissəsini bıçaqla kəsərək 40 dəqiqə gözlədirik. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 15*20 dəqiqə ərzində bişiririk. Bulkular soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Limonlu soyuq çay (İce Tea)

Whatsapp ilə Paylaş Soyuq çay sevənlər bu tərif sizlər üçündür. Gün ərzində həm çay həm …