Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Qat-qat peraşki resepti
Bizi mobildən daha sürətli  izləyin

Qat-qat peraşki resepti

Qat-qat peraşki resepti

Tərkibi:

xəmir:
3-3,5 st. (550-600 q) un
1 st. süd
1 x.q quru maya
200 q kərə yağı
1 x.q. şəkər tozu
0,5 ç.q. duz
(stəkan – 250 ml)

iç:
1) kartof püresi + qovrulmuş soğan + bişmiş qiymə
2) bişmiş yumurta + göy soğan
3) istənilən digər iç (şirin də ola bilər, kəsmikli də, ancaq qatı olsun)

Hazırlanması:

Qazançada yağı əridin, süd qatıb qarışdırın. Azca soyudun.
İsti (qaynar olmayan) bu qarışığa maya, şəkər tozu və duz qatıb qarışdırın, 5 dəqiqə saxlayın.
Unu ələyib az-az əlavə edin, qaşıqla qarışdırın. Yumşaq xəmir halına gələndə masanın üzərinə un səpin, xəmiri ətləyin. Gəlməsini gözləmək lazım deyil.
Xəmiri 6 kündəyə bölün.
Hər birini dördbucaqlı formada yayın (təxminən 50×30 sm). Qalınlığı təxminən 3 mm olsun.
Uzun tərəfinə iç qoyub rulet kimi bükün, sonunu bitişdirin.
Əlinizi una batırın, sonra əlinizin kənarı ilə ruleti bölün (irəli-geri hərəkət etdirməklə).
Bu prosesdə peraşkilərin kənarı öz-özünə bitişəcək. Qəşəng olsun deyə əlinizlə forma verə bilərsiniz.
Perqament döşənmiş siniyə düzün. Peraşkilərin üzərinə başqa nəsə çəkməyə ehtiyac yoxdur.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üstü qızarınca bişirin.
Çox qızartmasanız, yupyumşaq, bir az çox qızartsanız, xırt-xırt olacaq.

PicsArt_1435414432857

PicsArt_1435414326910

PicsArt_1435414384720

PicsArt_1435414188851

PicsArt_1435414301507

PicsArt_1435414349463

PicsArt_1435414407115

PicsArt_1435414225122

PicsArt_1435414254926

PicsArt_1435414281174

 

 

 

Buna da baxın

Uşağın məktəb çantasına hansı qidaları qoyaq? – Valideynlərin nəzərinə!

Whatsapp ilə Paylaş Yeni təhsil ili başladı. Tətil zamanı övladlarını nizamlı qidalandıran valideynlərin çoxu məktəb …