Əsas səhifə / Manşet / Qatıqlı toyuq salatı – Resept
Bizi mobildən daha sürətli  izləyin

Qatıqlı toyuq salatı – Resept

gg

Əziz xanımlar bu gün sizə ağız dadınızı dəyişəcək qatıqlı toyuq salatının reseptin sizə təqdim edirik.

Qadınklubu.com-un məlumatına görə, bu salat soyuducuda saxlayaraq bir gün ərzində yeyilməsi məsləhətdir.

Tərkibi:

1 ədəd qaynadılmış sümüklü toyuq sinəsi

2 ədəd qaynadılmış orta boy kartof

1/2 ədəd orta boy kahı

1 ədəd orta boy turş yaşıl alma (arzuya görə)

1/2 su stəkanı incə çəkilmiş qoz

4 ədəd xiyar turşusu

1 stəkan qatıq

1 yemək qaşığı mayonez

2 diş sarımsaq

1/2 çay qaşığı duz

1/2 çay qaşığı təzə çəkilmiş dənə qara bibər

Salatın sousu üçün:

Kiçik parçalara böldüyünüz sarımsaqları duzla birlikdə əzin. Qatıq və mayonez qarışığı ilə sarmısağı çırparaq qarışdırın.

Hazırlanması:

Qaynadılmış bütün toyuq sinəsini dəri və sümük hissələrindən ayırın. Uzun incə halda didin. Qabığını soyduğunuz qaynadılmış kartof və turş yaşıl almanı iri kublar halında doğrayın. Bol suda yuyub suyunu süzdürdüyünüz kahnı incə-incə doğrayın. Xiyar turşularını da incə-incə dilimləyin.

Salatın bütün ərzaqlarını geniş bir qaba tökün. İncə çəkilmiş qozuda salata əlavə edin. Duz və istiotu da əlavə edib salatı qarışdırın. Sonda isə hazırladığınız qatıq sousunu salatın üzərinə gəzdirib süfrəyə verə bilərsiniz.

Nuş olsun …

Qadınklubu.com

Buna da baxın

Dərman kimi arıqladan çaylar

Whatsapp ilə PaylaşDərman kimi arıqladan çaylar Maddələr mübadiləsinizi sürətləndirən çay qarışığı: 1 ç. qaşığı dağ …