Bizi mobildən daha sürətli  izləyin

Qazan kotleti

9637536827_301f10dcb3_c

Qazan kotleti

Tərkibi:

-500 q çəkilmiş ət
-3 ədəd baş soğan
-4-5 ədəd kartof
-2 ədəd şirin bibər
-3 ədəd pomidor
-3 x.q əridilmiş kərə yağı
-1/2 st su
-1 balaca dəstə (keşniş, şüyüd, reyhan)
-Duz
-İstiot

Hazırlanması:

Bütün tərəvəzləri təmizləyib yuyuruq. Soğanın ikisini ətlə bir maşından keçirib üstünə duz və istiot töküb qarışdırırıq. Bir ədəd soğanı nazik halqa doğrayırıq. Kartofu halqa doğrayırıq. Pomidoru halqa doğrayırıq. Bibəri ya halqa ya da nazik uzun doğrayırıq. Qazana birinci ətdən kotletlər düzəldib düzürük. Ətin üstünə kartofu düzürük. Kartofun üstündən soğanı tökürük. Soğanın üstünə bibəri tökürük. Bibərin üstünə pomidorları düzürük. Üstünə duz, istiot, yağ və su töküb yeməyi vam odda bişməyə qoyuruq. Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.

Nuş olsun!

Buna da baxın

Körpələrin qarışıq qidaya alışdırılması

Whatsapp ilə Paylaş Körpələrin qarışıq qidaya alışdırılması tədricən olmalıdır. Qadınklubu.com-un məlumatına görə, ana südünə öyrəşən …