Əsas səhifə / Əsas menu / Gözəllik / Qırılan dodaq boyasını bərpa etmək qaydası
Bizi mobildən daha sürətli  izləyin

Qırılan dodaq boyasını bərpa etmək qaydası

Qırılan dodaq boyasını bərpa etmək qaydası

Əgər sevdiyiniz dodaq boyanız diqqətsizlik nəticəsində qırıldısa, dərd etməyin. Bərpa edərək dodaq boyanızı əvvəlki vəziyyətinə qaytara bilərsiniz. Necə? bu sualın cavabı qadinklubu.com-un hazırladığı yazıda.

– Bir qabın içərisində qırılan dodaq boyasının sınan parçanın alt qismini və qabda qalan hissənin üst parçasını fen (kibrit, alışqan, şam da olar) ilə yüngülcə əridin. Yalnız üst qismi yüngül əriməli olduğunu unutmayın. Həddən artıq əriməsi ziyandır. Digər dodaq boyası parçasını alıb bir-birinə yapışdırın. Birləşdirdiyiniz yeri barmaqlarınızla yumşaldıb, düzgün bir şəkil verməlisiniz.

Qırılan dodaq boyasını bərpa etmək qaydası

-Bütün bu əməliyyatlar icra edən zaman əllərinizin təmiz olduğundan əmin olmalı, işə əllərinizi yuyaraq başlamalısınız. Dodaq boyanız düzgün bir şəkil aldıqdan sonra, sərtləşməsi üçün artıq soyuducuya qoya bilərsiniz.

Qırılan dodaq boyasını bərpa etmək qaydası

-Bir başqa üsul isə qırılan dodaq boyasınl bir başqa qutuda saxlamaqdır. Kiçik, qapaqlı bir qabın içərisinə qırılan və digər pomada parçasını qoyun. Hamar bir səth yaratmaq üçün dodaq boyanızı fen ilə bir az əridin. Dodaq fırçası köməyi ilə pomadanızı istifadəsinə davam edə bilərsiniz.

Qırılan dodaq boyasını bərpa etmək qaydası

Buna da baxın

Makiyajda yol verilən 10 səhv

Whatsapp ilə PaylaşHəddən artıq bağlayıcı istifadə etmək Bağlayıcı tonunu səhv seçmək və çox istifadə etmə, …