Əsas səhifə / Əsas menu / Gözəllik / Qırışlara birdəfəlik son
Bizi mobildən daha sürətli  izləyin

Qırışlara birdəfəlik son

 

wzd'ki q;r;lara bird'f'lik son

Üzdəki qırışlar müəyyən yaşdan sonra xanımların qorxulu yuxusudur.

Bu qırışların yaranmasının zamanını gecikdirmək, qarşısını almaq üçün müəyyən prosedurları mütəmadi olaraq tətbiq etmək lazımdır.

Bunlardan ilki gün ərzində içilməli olan suyu təxirə salmamaqdır. Daha sonra mümkün qədər dərinizin günəş şüalarına daha az məruz qalmasını təmin etmək lazımdır. Daha sonra isə təbii ki, mütəmadi olaraq cildə qulluğa riayət etmək, daha dəqiq desək cildinizə uyğun olaraq maskalardan istifadə etməkdir.

Qadinklubu.com olaraq sizə qırışlara qarşı iki maska təqdim edirik. Bu maskalardan 1-ni istifadə edərək qırışlara qısa müddətdə vida edə bilərsiniz.

Maska-1

Tərkibi:

3 yemək qaşığı bal

1 ədəd limon suyu,

1 ədəd yumurta ağı

Hazırlanması və tətbiqi:

Balı limon suyunu qarışdırın. Daha sonra yumurta ağını əlavə edərək bir maddə halına gələnə qədər qarışdırın. Daha sonra təmiz cildə sürtərək 20 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın.

Maska-2

Tərkibi:

2 yemək qaşığı qaymaq

1 ədəd alma

Hazırlanması və tətbiqi:

1 ədəd almanı sürtgəcdən keçirərək və ya blender ilə püre halına gətirin. Hazırladığımız alma püresinə 1 yemək qaşığı qaymaq əlavə edərək qarışdırın. Hazırladığınız maskanı təmiz cildə çəkərək 2 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın.