Əsas səhifə / Əsas menu / Gözəllik / Qırışlara səbəb olan 10 səhv
Bizi mobildən daha sürətli  izləyin

Qırışlara səbəb olan 10 səhv

qrışlara səbəb olan 10 səhv

1. Günəşin təsiri: Sürətli yaşlanmanın ən başda gələn səbəbi günəşin yaydığı ultrabənövşəyi şüalardır… Günəş şüalarının təsirindən sadəcə dəri rənginiz deyil, həm də dərinizin dəyişdiyini unutmayın.

2. Solaryum: Solaryumda istifadə edilən  işıq günəş işığının bir parçası olan ultrabənövşəyi A adlı şüadır. Bu şüa dərinin daha dərin təbəqələrinə çata bildiyi üçün qırışıqlıq meydana gəlməsinə və dəri yaşlanmasına təsir edir.

3. Mimika izləri: Mimikalarınız zamanla qırışıqlıqlara gətirib çıxarar. Mimika qırışları daha çox göz ətrafı, ağız kənarları və alında meydana gələr. Bunu bir az olsun maneə törətmək üçün üz məşqlərini sınaya bilərsiniz.

4. Yuxu mövqeyi: “Üz üstü yatıb, əllərimi yastığın altına salmadan yata bilmirəm” deyirsinizsə, sizə pis bir xəbərimiz var. Üzüaşağı yataraq yatmaq, xüsusilə 30 yaşdan sonra dəridə qırışlara səbəb olur.

5. Siqaret asılılığı: Siqaret çəkən insanların dərini daha tez yaşlanır, dəriləri mat bir görünüşə bürünür.

6. Qidalanma vərdişləri: A, C, E, selenium, dəmir, mis, sink ehtiva edən antioksidanlar, dərini gücləndirərək qırışladan qoruyur.

7. Kosmetikalar: Kosmetik məhsulları seçərkən dərini nəmləndirən, kolajen təmirini artıran məhsullar olmasına diqqət edin. Makiyaj məhsullarında isə mümkün qədər qatqı maddəsi az, mineral əsaslı məhsulları seçim edin.

8. Sürətli kilo alıb verməyin: Xüsusilə 30 yaş sonrasında qısa müddətdə çox kilo alıb vermək dəridə boşalma və sallanmalara yol aça bilər.

9. Dərinizə qulluq edin: Dərinizə uyğun bir peelingi  nizamlı etdirilməsi yaşlanmağı gecikdirmək baxımından faydalı ola bilər.

10. Stressdən qaçın: Stressli və hirsli olduğumuzda əzələlərimiz daha çox gərginləşir. Gərginləşmə ən çox boyunda, çiyinlərdə və üzdə meydana gəlir.

Buna da baxın

Yumruq sıxma formanıza görə xarakteriniz – Foto

Whatsapp ilə Paylaş Davranışlarınızın, hərəkətlərinizin və mimikalarınızın yumruq sıxma formanızla əlaqəli olduğunu bilirdinizmi? Qadınklubu.com bu …