Əsas səhifə / Manşet / Qırmızı kələm salatı
Bizi mobildən daha sürətli  izləyin

Qırmızı kələm salatı

j

Qırmızı kələm salatı! Az vəsaitlə nəfis bir salat hazırlamaq istəyirsinizsə, mütləq sınayın, çox məmnun qalacaqsınız!

Tərkibi:

Yarım qırmızı kələm

3 yemək qaşığı zeytun yağı

1 su stəkanı süzmə qatıq

2 diş sarımsaq

1 yemək qaşığı mayonez

Hazırlanması:

Yarım qırmızı kələmi incə doğrayın. Zeytun yağını tavada istidib, doğranmış kələmi əlavə edin və bir neçə dəqiqə qızardın. Tavayı ocaqdan götürüb soyudun.

Sarımsaqların qabığını soyub doğrayın və kələmin üzərinə əlavə edin. Süzmə qatıq və mayonezi də əlavə edərək qarışdırın. Qatıq və mayonezli qırmızı kələm salatınız artıq hazırdır.

Nuş olsun!