Əsas səhifə / Manşet / Qırmızı məxmər tortu
Bizi mobildən daha sürətli  izləyin

Qırmızı məxmər tortu

Tərkibi:

  • 310 qr un
  • 16 qr kakao
  • 5 qr qida sodası
  • 5 qr duz
  • 113 qr duzsuz kərə yağı
  • 300 qr şəkər tozu
  • 2 yumurta
  • 220 ml duru yağ
  • 5 ml sirkə
  • 10 qr vanil
  • 240 qr ayran
  • 30 qr qırmızı qida boyası

Krem üçün:

  • 500 qr qaymaqlı pendir (mascarpone)
  • 300 qr qaymaq
  • 5 qr vanil
  • 156 qr şəkər tozu

Hazırlanması:

Unu ələkdən keçirin. Kakao, qida sodası və duzu da ələkdən keçirərək una əlavə edin. Bütün ərzaqları qarışdırın. Otaq temperaturunda olan kərə yağını kiçik hissələrə bölərək üzərinə şəkər tozu əlavə edib qarışdırın. Yumurtanı əlavə edərək qarışdırmağa davam edin. Daha sonra duru yağı, sirkə, vanil və qaymağı əlavə edib qarışdırın. Az-az unu əlavə edib qarışdırmağa davam edin. Sonda qırmızı boyanı əlavə edib qarışdırın. Qarışımı 2 yağlanmış siniyə (23 sm) bərabər miqdarda töküb yayın. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 30 dəqiqə bişirin. Hazır olduqdan və bir qədər soyuduqdan sonra sinidən çıxarın.

Kremin hazırlanması:

Şəkər pudrasını ələkdən keçirin. Pendiri qarışdırın. Vanil və şəkər pudrasını əlavə edib qarışdırmağa davam edin. Digər qabda qaymağı krem halına gələnə qədər qarışdırın. Daha sonra az-az pendirli qarışıma əlavə edib qarışdırın.
Biskvitin üzərini kəsin. Kremi biskvitlərin üzərinə çəkin. Biskivitləri üst-üstə qoyduqdan sonra kənarlarını və üzərini kremləyin. Artıq qalan biskvit hissəsini ovaraq tortun üzərinə səpin. 1 saat gözlətdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Bir şərh