Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Qış tədarükü / Qış üçün şoraba tədarükü
Bizi mobildən daha sürətli  izləyin

Qış üçün şoraba tədarükü

Qış üçün şoraba tədarükü

Tərkibi:

-1 kq xiyar
-150 qr kök
-150 qr soğan
-150 ml tomat pastası
-50 ml bitki yağı
-1 x/q duz
-1/3 ç/q əzilmiş qara istiot
-1/2 stəkan perlova
-1 x/q sirkə (9%)

Hazırlanması:

1. Perlova (arpa yarması) axşamdan soyuq suda islağa qoyulur.

shoraba-qish-1

2. Xiyarlar təmizlənib və yuyulandan sonra sürtkəcdən keçirilir, şirəsi çıxması üçün 30 dəqiqə qazanda saxlanılır.

shoraba-qish-2

shoraba-qish-3

3. Kök təmizlənir və sürtkəcdən keçirilir.

shoraba-qish-4

4. Soğan qabığından təmizlənir və xırda kubiklər şəklində doğranılır.

shoraba-qish-5

5.Tavaya bitki yağı əlavə edilir, ardınca doğranmış soğan və kök. Tərəvəzlər qızılı rəng alanadək qızardılır, sonra isə bağlı qapaq altında bir müddət saxlanılır.

shoraba-qish-6

6. Bişmiş tərəvəzlərin yanına xiyarlar, tomat pastası, perlova, duz və istiot əlavə edilir. Qarışdırılır və arabir qarışdıraraq təqribi 30-40 dəqiqə bişirilir.

shoraba-qish-7

7. Sonda 1 x/q sirkə əlavə edib, birdaha qarışdırıb, 3-4 dəqiqə bişirilir.

shoraba-qish-8

8.Hazır olan məhsul əvvəlcədən sterilizə edilmiş bankalara doldurularaq qapaqları möhkəm bağlanılır.

shoraba-qish-9