Əsas səhifə / Manşet / Qış yorğunluğundan qurtulmaq öz əlinizdədir
Bizi mobildən daha sürətli  izləyin

Qış yorğunluğundan qurtulmaq öz əlinizdədir

qisyor

Qışda qaranlıq hava, məhdudlaşdırılmış həyat tərzi, bir çox insanın depressiyaya düşməsinə səbəb olur. Günəş işığının az olması beyində xoşbəxtlik hormonu və D vitamini istehsalını azaldır. Mütəxəssislər məsləhət görür ki, qışda depressiya riskini azaltmaq üçün pozitiv, enerji dolu dostlarla görüşün, özünüzə yeni hobbilər tapın və bacardıqca çox sosiallaşın.

Qadinklubu.com-un məlumatına görə, günəş işığının təsiriylə əmələ gələn D vitamini orqanizmin immun sistemində 20-yə yaxın antibiotik gücündə müdafiə sistemi yaradır. Yayda kifayət qədər günəş şüası qəbul etməyənlər,  qışda virusları çox tez şəkildə qəbul edir, tez xəstələnir və gec sağalırlar.

Qış yorğunluğunu aradan qaldırmaq üçün bunları edin:

  • İdman – gün ərzində 2 saatdan çox televizora baxmaq ürək xəstəliklərinə tutulma riskini 2 qat artırır. Bütün günü evdə oturmaq və ya işdə oturaraq çalışmaq diabet və ürək xəstəlikləri riskini artırır. Ona görə də, 2 saatdan bir durub gəzməyiniz məsləhət görülür.
  • İdmanı mümkünsə açıq havada edin – Həftədə ən az 2-3 gün çöldə minimum 30-40 dəqiqə gəzmək lazımdır. Bu gəzintilər orqanizminizin xoşbəxtlik hormonu istehsalını çoxaldar, depressiya riskini azaldar. Eyni zamanda ağrı kəsici təsir göstərər. Bundan əlavə, açıq havada idman eləyərkən daha çox kalori itirəcəksiniz.
  • Yuxu vaxtına diqqət – gündəlik 6-8 saatlıq yuxu sağlamlığınız üçün çox önəmlidir. Bölünmüş, keyfiyyətsiz və ya çox yatmaq bir çox problemlərə yol açacaq. Belə ki, yuxu problemləri orqanizmin immun sisteminə mənfi təsir edir, yaddaşı zəiflədir, diqqət dağınıqlığına səbəb olur. Eyni zamanda düzgün olmayan yuxu sistemi çəki artımına da gətirib çıxarır.
  • Çay və qəhvə fasilələri – gün ərzində verəcəyiniz çay və qəhvə fasilələri bədəninizin dincəlməsinə səbəb olar. Daha dinc şəkildə, beyniniz işə daha yaxşı konsentrasiya olacaq. Bu içkilərdin tərkibində təbii antioksidant var. Alternativ olaraq isti şokolad içə, qara şokolad yeyə bilərsiniz.
  • Qidalanmanıza diqqət edin – qışda asanlıqla xəstələnməmək üçün sağlam qidalanmalısınız. Təbii qatıq, sarımsaq, təzə yaşıl, qırmızı tərəvəzlər yeyə bilərsiniz. Bundan başqa nanə-limon, zəncəfil, darçınlı içkilər qəbul edərək immun sisteminizi gücləndirə bilərsiniz. Unutmayın ki, şəkərli qidalar viruslarla mübarizəni çətinləşdirir.
  • Süfrəyə ac oturun – süfrəyə ac oturmaqda fayda var. Əgər yemək vaxtını qaçırmısınızsa və ya yemək saatından öncə acmısınızsa, qovrulmuş badam, fındıq, qoz yeyin. Bu həm aclığınızı aradan qaldırar, həm də sizə enerji verər.

Buna da baxın

Səbəbsiz gülmək beyin şişindən xəbər verir

Whatsapp ilə Paylaş Qusma, ürək bulanması və şiddətli baş ağrısı kimi əlamətləri olan beyin şişinin …