Əsas səhifə / Əsas menu / Dəb / Qısa boylu xanımların nəzərinə!
Bizi mobildən daha sürətli  izləyin

Qısa boylu xanımların nəzərinə!

“Kaş ki, boyum bir az hündür olaydı”, – deyən xanımlar, diqqətinizi bu yazıya yönəldin, çünki məhz sizin üçün hazırlanıb. Boyunuzun qısa olmasından şikayət edirsinizsə, sizi hündür göstərən geyim nümunələrinə fikir versəniz, faydasını görəcəksiniz.

Qısa boylu qadınların etdiyi ən böyük səhvlərdən biri ayaq biləklərindən bağlı ayaqqabılar geyinməkdir. Biləkdən bağlı ayaqqabılar qıçları qısaltdığı üçün bu cür forma seçdiyiniz zaman boyunuz bir az da qısa görünəcək. Onun yerinə stiletto seçməniz məsləhətdir.

“Qısa ətək qısa göstərir” sözlərinə qulaqlarınızı tıxayın və qısa ətəklərə qarderobunuzda yer ayırın. Çünki qıçlarınız və boyunuzu uzun göstərmənin bir yolu da beli yuxarı qısa ətəklərdən keçir.

Qısa boylu qadınların səhvlərindən biri də şalvar seçimidir. Qısa ayaqlı şalvarlar mövsümün dəbi olsa da, qısa boylu qadınlar üçün moda deyil. Buna görə də qısa boylu xanımlar şalvar seçərkən modaya deyil, qıçları bir az da daha qısa göstərməyən şalvarlara üstünlük verməlidirlər.
Beli yuxarı ətəklər və şalvarlar qısa ayaqlarınızın ən böyük xilaskarıdır. Boyunuzu olduğundan daha hündür göstərən beli yuxarı geyimlərlə həm mövsümün dəbi ilə ayaqlaşarsınız, həm də bədəninizə uyğun geyim seçmiş olarsınız.
Beli yuxarı ətək və şalvarlarınızı beli qısa və ya göbəyi açıq köynəklərlə tamamlaya bilərsiniz.

Böyük çantalardan tamamilə uzaq durun! Zaman-zaman trend olan böyük çantalardan hər zaman uzaq durmağınızda fayda var. Çünki böyük çantalar sizi olduğunuzdan daha da kiçik boylu göstərir.

kb_5_dd425e713d9a3e8c9211e85934bdc5c1

kb_1_536496f3fbbe9e4c16cc84ae9a748b4f

kb_2_809d7553b10fbe19e9411bb873b266df

kb_3_fd20c819d40933aa04c027ee0155198c

kb_4_76c42ee0eca5951796f1071cace6f32d

Buna da baxın

Xalların xaric edilməsi təhlükəlidir!

Whatsapp ilə Paylaş Onkoloqlar melanomanı (dəri xərçəngi) “qara kraliça” adlandırırlar. Bu xərçəng növü çox tez …