Əsas səhifə / Manşet / Qışda arıqlamaq üçün
Bizi mobildən daha sürətli  izləyin

Qışda arıqlamaq üçün

Qışda arıqlamaq üçün

Qışda arıqlamaq üçün

Qış ayları insanların meyvə-tərəvəzdən uzaqlaşıb şirniyyat, un məmulatlarına üstünlük verdikləri zamandır. Havanın kifayət qədər soyuduğu bu günlərdə sağlam qidalanıb, çəki problemi ilə rastlaşmamaq üçün nə edə bilərik? Türk mütəxəssis Serkan Tutarın məsləhətlərini təqdim edir.

Narınc meyvələr

Qışda ən çox istifadə edilən meyvələr portağal, mandarin, qreypfrutdur. Bu meyvələr A və C vitaminləri ilə zəngindirlər.

Balqabaq

Bu tərəvəzdən istər şorba, istər ara yemək, istərsə də şirniyyat kimi istifadə etmək olar. A, B və C vitamini ilə bol olan balqabaq Omeqa-3 ilə də zəngindir.

Kələm

A, C, K, B vitaminləri, folium turşusu ilə zəngindir. Turşusundan dolmasına qədər bir çox xəstəliklərlə mübarizə aparır. Bədəni zərərli maddələrdən təmizləyir.

Həyat qaynağı su

Su içmək hər mövsümdə önəmlidir. Su bədəndəki toksinləri təmizləyir, mineralları həll edir, immuniteti gücləndirir. Gün ərzində 2,5 litr su içməyə çalışın.


Buna da baxın

Diyetdə effekti 2 qat artıran çay

Whatsapp ilə Paylaş Arıqlamaq üçün  diyet saxlamaq və məşq etmək məcburiyyətində qalarıq. Ancaq hər zaman bu …