Əsas səhifə / Manşet / Qışın sevimli yeməyi düşbərə
Bizi mobildən daha sürətli  izləyin

Qışın sevimli yeməyi düşbərə

h

Xəmir xörəklərindən ən çox sevilənlərdən biri də düşbərədir.

Düşbərə tarix boyu azərbaycanlıların ən çox xoşladığı yeməklərdən biri olmuşdur. Daha çox Bakı kəndlərinin yeməyi sayılan düşbərə bu gün demək olar ki, hər bir ailədə bişirilir. Bu xəmir xörəyi mənşəyinə görə türk mənşəli olsa da, “düşbərə” sözü etimologiyasına görə fars dilindən keçmə söz olub quzu qulağı deməkdir.
Qəbul olunmuş “qayda”ya görə bir şorba qaşığına ən azı 12 ədəd düşbərə yerləşməlidir. Düşbərənin hazırlanma qaydası aşağıdakı kimidir:

Lazım olan ərzaqlar (4 nəfərlik ailə üçün):

  • 400 qr qoyun əti
  • 160 qr buğda unu
  • 1 yumurta
  • 40 qr sirkə və ya 1 stəkan sarımsaqlı qatıq ( 1 stəkan qatığa 2 diş sarımsaq)
  • 60 qr keşniş, 4 qr quru nanə
  • 20 qr kərə yağı, duz

Hazırlanma qaydası:

Qoyun əti və təmizlənmiş soğan ətçəkən maşından keçirilir, xırda-xırda doğranmış göyərti və duzla qarışdırılır.
Un, yumurta və su ilə xəmir yoğrulur və 1 mm qalınlığında yayılır. Yayılımış xəmir kiçik ölçülərdə kvadratlara kəsilir, hər birinin ortasına qiymə qoyulur. Sonra kvadrat xəmirlər qiymə ilə birlikdə tən yarıdan üçbucaq şəklində qatlanır və qıraqları bərkidilir. Üçbucağın ucları birləşdirilir. Hazır düşbərələr ələklə artıq undan təmizlənir, qaynar işgənəyə töküb bişirilir. Düşbərələr suyun üzünə çıxanda götürülür. Bişmiş düşbərəni boşqablara çəkib üzərinə kərə yağı qoyur, quru nanə və göyərti səpirlər. Süfrəyə verildikdə yanında qatıq, sirkə və ya sarımsaqlı sirkə verilir.